ABŞ-da yenə qaradərili polis zorakılığından öldü
Tarix: 20.04.2015 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


ABŞ-da vətəndaşların polis tərəfindən qətlə yetirilməsi artıq adi hal alıb. Təsadüfi deyil ki, son iki ildə xüsusən də qaradərili vətəndaşlara qarşı polis zorakılığı və ölümlə nəticələnən polis təzyiqlərinin nəticəsi olaraq bir neçə dəfə bu ölkədə kütləvi şəkildə etiraz aksiyaları təşkil edilib.
Deyəsən dünyaya insan haqlarından “dərs” keçməyə çalışan bu ölkədə bu cür hallar artıq davamlı olacaq. Çünki ABŞ-da polis tərəfindən saxlanılarkən xəsarətlər almış daha bir qara dərili sakin ölüb.
«The Baltimore Sun» nəşrinin verdiyi məlumata görə, bir həftə öncə Baltimor şəhərində həbs olunan Freddi Qreyin vəfat etməsi yerli sakinlər arasında ciddi etirazlara səbəb olub.
Bu səbəbdən şəhər rəhbərliyi məsələ ilə bağlı detallı araşdırma aparacağını vəd edib.
Xatırladaq ki, insident aprelin 12-də baş verib. 25 yaşlı F. Qrey velosipedlərdə olan 4 polis əməkdaşından qaçmağa cəhd edərkən saxlanılıb. Polislər bir müddət onun yerdən qalxmasına imkan verməyiblər.
Polis məntəqəsində gətirilən F. Qrey hakim müayinəsindən keçərkən məlum olub ki, onun bir neçə qabırğası sınıb. O, komaya düşərək, kliniki ölüm keçirib. F. Qrey əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Mayk Pompeo vә Sergey Lavrov arasında telefon danışığı olub
26.03.2019
Mahmud Abbas Trampın Qolan tәpәlәri ilә bağlı qәrarına reaksiya göstәrib
26.03.2019
İranda iki şəhərin boşaldılmasına göstəriş verildi
26.03.2019
İsrail və HƏMAS atəşkəsə dair razılığa gəliblər
26.03.2019
Çin Fransadan 300 “Airbus” təyyarəsi alacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info