Müasir İqtisad Məktəbi layihəsinin bağlanış mərasimi keçirilib
Tarix: 20.04.2015 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Binəqədi rayon İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan Müasir İqtisad Məktəbi layihəsinin yekun bağlanış mərasimi keçirilib.
YAP Binəqədi rayon Təşkilatının inzibati binasında baş tutmuş tədbirdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq əlaqələr sektorunu aparıcı məsləhətçisi Rauf Həsənov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri, Akademiyada Həmkarlar Təşkilatının sədri Yusif Ağayev, Modern Marketing Group şirkətinin təsisçisi Yusif Vəliyev, Vision TV-nin baş direktoru Elvin Abbasov, AN Project şirkətinin təsisçisi Nihad Allahyarlı, CİBS şirkətinin təsisçisi Təbriz Hacıyev və digər qonaqlar, Binəqədi rayon gəncləri iştirak ediblər.
Tədbirdən öncə qonaqlar Müasir İqtisad Məktəbinin tanıtımına həsr olunmuş video çarx izləyiblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri, Müasir İqtisad Məktəbi layihəsinin rəhbəri Mahmud Məmmədzadə layihə haqqında məlumat verib. O layihənin 4 aydır ki davam etdiyini, layihə çərçivəsində “Neoklassiklər”, “Smitin varisləri”, “Dollara Manat” və “Gənc Analitiklər” komandalarının müxtəlif təlimlər keçirdiyini qeyd edib. Natiq layihənin bağlanış mərasimində “Neoklassiklər” və “Smitin varisləri” komandaları arasında final təqdimatın baş tutacağını və sonda münsiflər heyətinin qalib komandanı elan edəcəyini bildirib.
YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, layihənin əhəmiyyətindən danışıb. Natiq ölkəmizdə gənclərin davamlı inkişafına hədəflənən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirilməsini, bu siyasətin Binəqədi rayonunda müvəffəqiyyətlə reallaşdırılmasını qeyd edib, layihəyənin icra edilməsində göstərdiyi dəstəyə görə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova təşəkkürünü ifadə edib. Rayon partiya təşkilatının sədri Prezident İlham Əliyevin Azərbaycanı regionun və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevirməsini, gənclərin mənəvi və fiziki inkişafı üçün müxtəlif Dövlət Proqramlarının qəbulunu vurğulayıb, gənclər sahəsinin ökəmizdə prioritet sahələrdən biri olduğunu bildirib.

Çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov Binəqədi rayonunda gənclərin davamlı inkişafı üçün görülmüş işlərdən danışıb, Müasir İqtisad Məktəbi layihəsinin uğurla həyata keçirildiyini qeyd edib. O gəncləri fəal olmağa müxtəlif layihələr və ideyalarla çıxış etməyə çağırıb.
Çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq əlaqələr sektorunu aparıcı məsləhətçisi Rauf Həsənov, Modern Marketing Group Şirkətinin təsisçisi Yusif Vəliyev və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri Yusif Ağayev Dövlət Gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini vurğulayıblar.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin magistrantı Yavər Məmmədova gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. O gənclərin müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi layiqli şəkildə təmsil etdiyini bildirib.
Sonra “Müasir İqtisad Məktəbi” layihəsində finala vəsiqə qazanmış “Neoklassiklər” komandası tərəfindən “Azərbaycanda Kənd Təssərüfatında mövcud vəziyyət və gələcək perspektivlər, “Smitin varisləri” komandası tərəfindən isə “Fond Birjaları Bazarı” mövzularında təqdimat baş tutub, münsiflər heyəti tərəfindən müvafiq qiymətləndirmə aparılıb. Təqdimatların nəticələrinə əsasən “Neokalssiklər” komandası qalib elan edilib, qalib komandanın üzvlərinə və layihə iştirakçıları olan gənclərə Sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.
Sonda tədbir iştirakçılarının ekspertlər və qonaqlarla xatirə şəkili çəkilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info