BANM və Ruse Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb
Tarix: 20.04.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin (AKRU) rektoru, professor Xristo İvanov Beloyevin rəhbərlik etdiyi nümayəndə heyəti BANM-də olub. Nümayəndə heyəti Bakı Ali Neft Məktəbinə səfərdən öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristova BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər. Görüş çərçivəsində BANM və AKRU arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə görməkdən məmnun olduğunu bildirib. Rektor Azərbaycanla Bolqarıstan arasındakı tarixi münasibətlərdən, BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri, xarici şirkət və universitetlər ilə yaradılan əməkdaşlıqdan bəhs edib. BANM-in növbəti tərəfdaşı Ruse Universitetinin olacağını bildirən rektor imzalanan razılaşmanın bakalavriat səviyyəsində mütəxəssis hazırlığında və qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi araşdırmaların aparılmasına imkan yaradacağını qeyd edib.
Bolqarıstanın səfiri Maya Xristova görüşə dəvət aldığı üçün BANM-in rəhbərliyinə təşəkkürünü bildirib. O, iki dost ölkənin universitetləri arasında əməkdaşlıq haqqında razılaşmanın əldə olunmasından şad olduğunu bildirib və bu əməkdaşlığın Azərbaycanın və Bolqarıstanın təhsil sahəsindəki ikitərəfli tərəfdaşlığının inkişafına təkan verəcəyinə əminlik ifadə edib.
Angel Kançev adına Ruse Universitetinin (AKRU) rektoru, professor Xristo İvanov Beloyev nümayəndə heyətinin və öz adından Azərbaycanda və BANM-də olmaqdan məmnunluq ifadə edib və bu dəvət üçün rektor Elmar Qasımova öz dərin təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi ali təhsil ocağı haqqında təbdir iştirakçılarına geniş məlumat verib. AKRU-nun avtonom dövlət ali məktəb olduğunu qeyd edən rektor, universitetdə 10 min tələbə və doktorantın təhsil aldığını, universitetin iki filialının, 8 fakültəsinin və çoxsahəli mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib.
Sonra BANM və AKRU arasında əməkdaşlıq haqqında razılaşmanın imzalanma mərasimi keçirilib. Əməkdaşlığın əsas məqsədi BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bakalavr hazırlığı proqramı çərçivəsində tədris olunacaq fənlərin materiallarının AKRU tərəfindən BANM-ə verilməsi, tədris prosesinin təşkilinə metodiki yardımın göstərilməsi, eləcə də müxtəlif maliyyə mənbələri hesabına birgə elmi-tədqiqat işlərinin aparılmasını təmin etməkdir.
Sonda Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin rektoru, prof. Xristo İvanov Beloyev BANM-in “Fəxri qonaq” diplomu ilə təltif olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info