Qafqazda ermənilərin sayı durmadan azalır
Tarix: 20.04.2015 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Son illərdə Ermənistanın iqtisadi göstəricilərində sürətlə enişin yaşanması bu ölkədə təkcə ermənilərin başqa ölkələrə miqrasiya etməsinə deyil, eləcə də ölkədə qalıb yaşayanların da nəsil artımında maraqlı olmamasına səbəb olub. Təsadüfi deyil ki, ötən il bəzi erməni müxalifət liderləri “belə davam edərsə ermənilər Qafqazda yüz minlərlə qalacaqlar. Milyonluq xalqın sayı azalır”-deyərək həyəcan təbili də çalmışdılar. Ermənistan mətbuatının məlumatına görə hazırda demoqrafik problemlər davam etməkdədir. Belə ki, keçirdiyi demoqraf Ruben Yeqanyan mətbuat konfransında deyib ki, Ermənistanda ermənilərin sayı durmadan azalır. O qeyd edib ki, hər il ölkədə əhali sayı ən azı 1% azalır.
Bu, əsasən miqrasiya hesabına baş verir. Çünki Ermənistanda demək olar ki, iş tapıb ailəni dolandırmaq mümkün deyil. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalının davam etməsi də mühacirəti artırır. İnsanlar yaxşı həyat axtarışı üçün gedirlər.
"Özü də, əmək qabiliyyətli əhali azalır ki, bu da əmək resursunun azalması ilə nəticələnib"- deyə demoqraf bildirib.
Yeqanyanın sözlərinə görə, hazırda əhalinin təbii artımı təxminən 13-14 min nəfər təşkil edir, amma sabah vəziyyət dəyişə bilər və ölüm doğumu üstələyə bilər. "Bunun üçün, təəssüf ki, hər cür əsas var",- deyə Yeqanyan vurğulayıb.
"Bundan başqa, bu gün əgər bizdə gizli əhali azalması varsa, bir-iki ildən sonra bu proses açıq müstəviyə keçəcək", - deyə demoqraf bildirib.
Bildirilib ki, ölkə rəhbərliyi iqtisadiyyatla ciddi məşğul olmazsa, vəziyyət daha da pisləşəcək.
Ermənistan milli statistika xidmətinin məlumatına görə, 2014-cü ildə ölkəni birdəfəlik 8 mindən çox adam tərk edib. Yerli ekspertlər bu rəqəmi həddindən kiçildilmiş sayırlar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Paşinyan erməni cəmiyyətini “xeyir və şər“ qüvvələrə bölüb
26.09.2018
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info