Kiçik ekoloqlar üçün təlim keçirilib
Tarix: 20.04.2015 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Hər il aprelin 22-də bütün dünyada qeyd olunan “Yer günü” ərəfəsində keçirilən təlim “Yer” kürəsinin sağlam və yaşıl gələcəyi naminə təbiətin qorunması, təbii resursların qənaətli istifadəsi, tullantıların azaldılmasına həsr olunub.
Laboratoriya zamanı Yer kürəsinin mühafizəsi ilə bağlı qısametrajlı film nümayiş olunub, uşaqlara ətraf mühitin qorunmasının vacibliyi, gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan addımlar barədə ətraflı məlumat verilib.
Sonra “kiçik ekoloqlar” tullantılardan kiçik incəsənət nümunələrinin hazırlanmasında, əyləncəli bilik yarışmalarında və müxtəlif müsabiqələrdə iştirak ediblər.
Aprel laboratoriyası uşaqlarda təbiətin mühafizəsinin vacibliyi haqqında dərin təəssürat oyatmaqla yanaşı, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verib.
“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info