Obama “Ən pis ABŞ prezidentləri” siyahısında birinci oldu
Tarix: 20.04.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


İnternetdə bir gün içində 57 minə yaxın insanın qatıldığı internet sorğusuna əsasən, “Ən pis ABŞ prezidentləri” siyahısına ABŞ-ın hazırkı prezidenti Barak Obama rəhbərlik edir.
ABŞ-ın “ranker.com” saytında təşkil olunan sorğuda iştirak edənlər ölkənin bütün prezidentlərinin lehinə və ya əleyhinə səs veriblər. Ümumilikdə, 544 minə yaxın səs qeydə alınıb.
Sorğuda əsas kriteriyalar kimi hansı prezidentin dövründə dövlət siyasətinin zəifləməsi, vətəndaşların səhhət və xoşbəxtliklərinə neqativ təsirlər götürülüb.
“Qara siyahı”ya liderlik edən 54 yaşlı B.Obama 20 mindən çox sorğu iştirakçısının mənfi rəyinə layiq görülüb.
Ondan sonra isə “ən pislər” siyahısında Əfqanıstan və İraqı işğal etməsi ilə yadda qalan respublikaçı prezident kiçik Corc Buş (George W. Bush) 19660 “əleyhinə” səslə ikinci, 1977-1981-ci illərdə prezident olan, 2002-ci ildə isə Nobel sülh Mükafatı alan Cimmi Karter 13124 “əleyhinə” səslə üçüncü yeri tutur. “Qara onluq”da Riçard Nikson, Endrü Conson, Lindon B.Conson, Bill Klinton, Herbert Klark Huver, Ceyms Byukenen və Tomas Vudro Vilsonun adları yer alır. Bu siyahıda Con Ficerald Kennedi 16-cı, Avraam Linkoln 36-cı, ilk ABŞ prezidenti Corc Vaşinqton isə 43 yerdə qərarlaşıb.
“Ən yaxşı ABŞ prezidentləri” siyahısında isə ən çox rəğbəti C.Vaşinqton toplayıb. İkinci və üçüncü yerləri isə A.Linkoln və T.Cefferson “bölüşüblər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Kabildә güclü partlayış törәdilib
26.04.2019
Cәnubi Afrikada daşqınlar 70 nәfәrin hәyatına son qoyub
25.04.2019
Kim Çen In Putinə qılınc hədiyyə etdi
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info