Babəkdə “Nuh yurdu” intellektual oyununun qalibləri müəyyənləşib
Tarix: 20.04.2015 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Babək rayonunda yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun rayon birinciliyi keçirilib.
İntellektual oyun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Oyunun məqsədi Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, yeniyetmələrin intellektual səviyyələrini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. İntellektual oyunda 8 komanda iştirak edib.
Oyunun nəticələrinə görə, Qoşadizə kənd tam orta məktəbinin “İnci” komandası birinci yerə layiq görülüb. Digər iki pillədə isə Güznüt kənd tam orta məktəbinin “Nəqşi-cahan” və Kərimbəyli kənd tam orta məktəbinin “Ulduz” komandaları qərarlaşıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info