Ümumdünya Yer gününə həsr edilmiş konfrans
Tarix: 20.04.2015 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə Park İNN otelində 22 aprel-Ümumdunya Yer gününə həsr edilmiş “Həyat üçün seçilmiş planet: Yer” və “Təbiət və texnologiya” adlı iki hissədən ibarət konfrans keçirilib.
Ləman Piriyeva giriş sözləri ilə konfransı açaraq, GMİİB-in fəaliyyətləri barədə qısa məlumat verib. Gənc nəslin maarifləndirilməsi istiqamətində təşkilatın bu vaxtadək “Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu”, “Ehtişam hər yerdə”, “Təkamül nəzəriyyəsinin süqutu ”, “Quran elmə yol göstərir” adlı konfranslar təşkil etdiyini vurğulayıb.
Sonra təşkilatın sədri Ramiq Vəliyev çıxış edərək, bioloji müxtəlifliyin qorunması, ekoloji təhlükəsizliyin təmin olunmasından bəhs edib. Ramiq Vəliyev öz çıxışında həmçinin cənab Prezidentimizin ölkədəki ekoloji siyasətin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb.Daha sonra ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyini qeyd edib, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Konfransın “Həyat üçün seçilmiş planet: Yer” adlanan ilk hissəsində Rövşən Əkbərov çıxış etdi. Konfransın bu hissəsində Günəş sistemindəki tarazlıqlardan danışıldı.
İkinci hissədə isə Savalan Məmmədli “Təbiət və texnologiya” mövzusunda çıxışa başladı. Təbiətdəki qüsursuz şəkildə yaradılmış canlıların texnologiyaya necə ilham mənbəyi olmasından, canlılar örnək alınaraq hazırlanan texnoloji vasitələrdən bəhs etdi.
Bir çox dövlət nümayəndəsi, elm adamı, ictimai-siyasi xadim, professor, təşkilat rəhbərlərinin iştirak etdiyi tədbir böyük maraqla izlənildi.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info