İlk Avropa Oyunlarının məşəli “Atəşgah” kompleksində yandırılacaq
Tarix: 20.04.2015 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Aprelin 26-da “Atəşgah” tarix-muzey kompleksində “Bakı-2015” Avropa Oyunlarının məşəli yandırılacaq. Bu barədə “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov oyunların məşəlinin hərəkət marşrutuna həsr edilmiş tədbirdə məlumat verib.“Hər bir azərbaycanlı üçün vacib əhəmiyyət daşıyan birinci Avropa Oyunlarının başlamasına 53 gün qalıb. Bu beynəlxlq oyunların həm Avropa qitəsi, həm də Azərbaycan üçün əhəmiyyəti çox böyükdür”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, “Atəşgah” kompleksində məşəl alovandıqdan sonra 48 gün ərzində Azərbaycanın müxtəlif guşələrində dolandırılacaq.
“Estafet Azərbaycanın 60 şəhər və rayonundan keçəcək. “Atəşgah” muzey kompleksi Avropa Oyunlarının məşəlinin yandırıldığı yer olaraq təsadüfən çevrilməyib, kompleks belə bir proses üçün ideal yerdir”, - deyə A.Rəhimov əlavə edib.
BEGOC-un Mərasimlərin təşkili departamentinin direktoru Ketrin Uqvu bildirib ki, iyunun 7-də Avropa Oyunarının məşəli Bakıya gətiriləcək. “Marşrutun ümumi uzunluğu 5,5 min kilometr təşkil edəcək”, - deyə o qeyd edib. Direktorun sözlərinə görə, Avropa Oyunlarının məşəlinin estafetində mindən çox atlet iştirak edəcək. Bu prosesə 132 nəqliyyat vasitəsi cəlb olunacaq. Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək. Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışlar 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir. Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.
Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info