Ukrayna ilin ilk rübünü 11 siyasi qətllə başa vurdu
Tarix: 20.04.2015 | Saat: 22:03:00 | E-mail | Çapa göndər


İnsan hüquqlarından dəm vuran beynəlxalq təşkilatlar isə hələ də susurlar

Dünya düzənində baş verən dəyişikliklər artıq Ukrayna kimi sakit bir ölkəni də viran qoydu. Son bir ilə qədər əgər Yaxın Şərq problemi, “Ərəb baharı”nın yaratdığı faciəvi durumlarla dünya mətbuatı silkələnirdisə, dünya liderlərini, medianı indi daha çox Avropanın içində yaşanan siyasi və humanitar böhran-Ukraynadakı müharibə düşündürür və qayğılandırır. Artıq bu bataqlığı Ukraynada yaradanlar özləri orada batmağa başlayıblar. Bu siyasi bataqlıqda yerli hakimiyyət də boğulur. Lakin ən böyük zərbə sadə xalqa dəyir. Bunu ukraynalılar da etiraf edirlər.
Belə ki, 2015-ci başlayandan Ukraynada çoxsaylı terror hadisələri olub. Rejim özünə uyğun olmayan, arzuolunmaz şəxsləri aradam götürür. Ümumiyyətlə, hər bir ölkədə hakimiyyət ilin birinci rübünə yekun vuraraq görülən işlər barədə xalqı qarşısında hesabat verir. Ukraynada isə bu dəfə birinci rübə ilginc formada hesabat öz damğasını vurub. Yəni, “Pravda.ru”nun məlumatına görə, sosial şəbəkələrdə ukraynalılar birinci rübdə aradan götürülən şəxslərin siyahısını tərtib edib, ilin ilk rübündə “görülmüş işlər”dən, itkilərdən danışıblar.
Sanki hakimiyyətin yerinə hesabat verən sadə vətəndaşlar birinci rübdə öldürülən tanınmış şəxslərin adlarını sıralayıblar. Bu siyahını oxuculara təqdim edirik:
- 26 yanvar. Nikolay Serqienko. Ukraynanın Dəmir Yolu İdarəsinin sabiq rəis müavini-güllələnib.
- 29 yanvar. Aleksey Kolesnik. Xarkov vilayətinin sabiq qubernatoru-asılıb.
- 25 fevral. Sergey Valter. Melitopolun sabiq meri-asılıb.
-28 fevral. Mixail Çeçetov. Regionlar Partiyasının sabiq sədri-pəncərədən atılıb.
-9 mart. Stanislav Melnik. Regionlar Partiyasından olan sabiq deputat. Güllələnib.
-12 mart. Aleksandr Peklyuşenko. Zaporojye vilayətinin sabiq qubernatoru-güllələnib.
-14 mart. Sergey Melniçuk. Odessanın sabiq prokurouru –pəncərədən atıblar.
-13 aprel. Segey Suxobok. Donetskdən olan jurnalist-öldürülüb.
-15 aprel. Olqa Moroz. “Neteşinskiy vestnik”in baş redaktoru. Ağır və iyrənc şəkildə təhqir olunaraq qətlə yetirilib.
-15 aprel. Oleq Kalaşnikov. Regionlar Partiyasından olan deputat-güllələnib.
-16 aprel. Oles Buzina. Müxalifətçi jurnalist və yazıçı-güllələnib.
Maraqlısı isə budur ki, hakimiyyətə yaxın olan qruplar hətta bu siyahının genişlənəcəyini də bildirirlər, potensial qətlə yetiriləcək “arzuolunmaz şəxslərin” adlarını açıqlayırlar.
Bizi isə KİV olaraq bir məsələ daha çox düşündürür. Marqlıdır ki, Qərb az qala siyasi qətllərin adi hal aldığı belə dövlətlər haqqında heç nə demir, insan hüquqlarının müdafiəsindən dəm vuran beynəlxalq təşkilatlar buna adi yanaşır, asılan, güllələnən tanınmış ukraynalıların səs- küylü qətlləri qarşısında “kor olurlar”. Amma məsələ Azərbaycana gəldikdə bizə qarşı müxtəlif istiqamətdə qarayaxma kampaniyalarına başlayırlar.
“Amnesty İnternational” ,“Human Rights Watch” kimi hüquq müdafiəçisi çarçıları rolunu oynadıqlarını bəyan edən təşkilatların bu qədər insanların öldürülməsinin əvəzində heç bir açıqlama yaymaması doğrudan da ilginc haldır.
İlin ilk rübünü uğurla başa vuran və siyasi sabitliyin hökm sürdüyü regionun əsas ölkəsi sayılan Azərbayacana gəldikdə isə məsələ fərqli olur və qərəzli yanaşmanın şahidi oluruq!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info