Boksçularımızdan 7 qızıl medal
Tarix: 20.04.2015 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan “Böyük İpək yolu” turnirində boksçularımız ümumilikdə 7 qızıl medal qazanıblar.
Bakıda keçirilən “Böyük İpək yolu” beynəlxalq turnirinə yekun vurulub. “Baku Cristal Hall”da baş tutan turnirin axşam proqramında daha 5 çəki dərəcəsi üzrə final görüşləri keçirilib. Bu görüşlərdə Azərbaycan milli komandasının daha 3 üzvü qızıl medal sahibi olub. 52 kq çəki dərəcəsində Elvin Mamişzadə (Azərbaycan) Azamat Issakulov (Kazaxıstan) görüşü yığmamızın üzvünün qalibiyyəti ilə başa çatıb (2:1).
60 kq çəki dərəcəsində milli komandamızın üzvü Elvin İsayev finalda qələbə qazanıb. Boksçumuz həlledici görüşdə qazaxıstanlı Nurbol Kaljanova heç bir şans verməyib (3:0)
Azərbaycan milli komandasının digər üzvü Tamerlan Abdullayevin (69 kq) Onder Sipal ilə (Türkiyə) görüşü isə baş tutmayıb. Türkiyəli idmançı zədələndiyi üçün görüşə çıxmaqdan imtina edib və T.Abdullayev qalib elan olunub. 81 kq çəkidə Cem Karlidag (Türkiyə) Radoslav Pantelyev (Bolqarıstan) görüşü bolqarıstanlı idmançının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Boksçumuz Kamran Mehdiyev (91 kq) isə özbəkistanlı idmançı Bahodir Jalolova məğlub olub (0:3). Qalib və mükafatçılar Azərbaycan Boks Federasiyası tərəfindən medal və fəxri diplomlarla təltif olunublar. Xatırladaq ki, turnirin günorta proqramında Azərbaycan milli komandasının daha 4 üzvü qızıl medal qazanmışdı. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparıblar.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info