Dünyanın maliyyə və biznes dairələri Bakıda bir araya gələcək
Tarix: 21.04.2015 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Maliyyə naziri: “Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsisedici sənədlərinin hazırlanmasında iştirak etmək hüququ əldə edib”

Maliyyə naziri Samir Şərifov Azərbaycanın Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənməsinə münasibət bildirib.
Nazir deyib ki, Azərbaycan adıçəkilən bankın təsisedici sənədlərinin hazırlanmasında iştirak etmək hüququnu əldə edib: "Bilirsiniz ki, Azərbaycan bir sıra beynəlxalq maliyyə institutlarının üzvüdür. Lakin biz həmin maliyyə institutlarına onlar təsis olunandan sonra üzv olmuşuq. Hazırda isə Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsisedici sənədlərinin hazırlanmasında iştirak etmək hüququ əldə edib ki, bu, daha yüksək statusdur". Nazir deyib ki, Azərbaycanın nümayəndə heyəti AİİB-nin aprelin 27-də Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində iştirak edəcəklər. S. Şərifov bildirib ki, Azərbaycanın da üzvü olduğu Asiya İnkişaf Bankı ilə yeni təsis olunacaq AİİB arasında heç bir rəqabətdən söz gedə bilməz: "Dünyanın, o cümlədən Asiya regionunun infrastruktur tələbatları o qədər böyükdür ki, onları ödəmək üçün hətta bir bankın yaradılması da bəs etməz. Ona görə, biz hesab edirik ki, Asiya İnfrastruktur İnkişaf Bankının yaradılması təşəbbüsü çox gözəl addımdır. Bu səbəbdən də Azərbaycan rəhbərliyi bu banka qoşulmaqla bağlı müvafiq qərar verib. Azərbaycanın bu bankın təsis kapitalına yatıracağı vəsaitin həcmindən danışmaq hələ çox tezdir. Hazırda bununla bağlı bizdə məlumat yoxdur. Şübhəsiz ki, başqa banklarda olduğu kimi, bu bankın səhmdar payında da ölkələrin iştirakı həmin ölkələrin iqtisadi gücündən asılı olacaq. Burada daha çox ÜDM-in göstəricisi istifadə olunur". Nazir qeyd edib ki, Azərbaycan Asiya İnkişaf Bankının (AİB) Bakıda keçiriləcək Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına tam hazırdır. Nazir qurumun illik toplantısının Bakıda keçirilməsi haqqında qərarın 2012-ci ilin may ayında Filippinin paytaxtı Manila şəhərində Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul olunduğunu xatırladıb. S. Şərifov deyib ki, bununla əlaqədar olaraq, 2013-cü ilin fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanıb, ardınca isə Azərbaycan Prezidentinin 2013-cü il 22 may tarixli sərəncamı ilə baş nazirin birinci müavinin sədrliyi ilə Təşkilat komitəsi yaradılıb. Onun sözlərinə görə, may ayının 2-5-də keçiriləcək toplantıda 66 ölkədən 3000-ə yaxın nümayəndənin iştirakı gözlənilir. Nazir əlavə edib ki, dünyanın maliyyə və biznes dairələrinin diqqət mərkəzində olan bu nüfuzlu toplantı yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraqla gözlənilir. S. Şərifov qeyd edib ki, aprel ayının 1-dən 20-dək 70-dən çox yerli, 200-dək isə xarici KİV nümayəndələri tədbiri işıqlandırmaq üçün akkreditasiyadan keçib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info