Davudoğludan 1915-ci il hadisələri ilə bağlı bəyanat
Tarix: 21.04.2015 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Türkiyənin baş naziri Əhməd Davudoğlu 1915-ci il hadisələrində ölən ermənilərlə bağlı bəyanat yayıb.
“TRT Haber”in verdiyi məlumata görə, baş nazir yazılı açıqlamasında Osmanlı İmperiyasının son illərində əsrlər boyu qardaşlıq və sülh içində yaşamış fərqli dini və etnik mənsubiyyətli vətəndaşların əzablar çəkdiyini qeyd edib.
O, həmin hadisələrdə həyatını itirən ermənilərin nəvələrinin acısını bölüşdüyünü və başsağlığı verdiyini qeyd edib.
“Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni irsinə sahib çıxmaq Türkiyə üçün tarixi və bəşəri vəzifədir”.
Ə.Davudoğlu vurğulayıb ki, bir əsr əvvəl türk və müsəlman Osmanlı vətəndaşlarının məruz qaldığı sürgün və qətliamların dərin izləri bu gün də yaddaşlardadır: "Bu həqiqəti görməzdən gəlmək, əzablar arasında ayrı-seçkilik etmək tarixi baxımdan yanlış olduğu qədər də qəbuledilməzdir. Geridə qoyduğumuz illər də göstərib ki, yaddaşlar arasında qarşıdurma yaratmaq nəticə vermir. Buna görə də, bütün Osmanlı vətəndaşlarının yaddaşına və vicdanına hörmətlə yanaşılması, səslərinin eşidilməsi gərəkdir. Türkiyə bütün fikirlərin azad şəkildə dilə gətirildiyi və müzakirənin aparıldığı bir şərait yaradaraq, ortaq gələcəyi inşa etmək yolunda pozitiv addımlar atır".
Baş nazirin sözlərinə görə, Türkiyə hökuməti "erməni soyqırımı" iddialarına və 1915-ci il hadisələrinə birlikdə aydınlıq gətirə bilər. Lakin o, bütün üçüncü tərəfləri "tarixi yaraları deşmək"dən çəkinməyə çağırıb."
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info