Misirdə Nizami Gəncəviyə həsr edilmiş konfrans
Tarix: 21.04.2015 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Misirin İsgəndəriyyə kitabxanasında Beynəlxalq Nizami Gəncəvi mərkəzi tərəfindən Azərbaycanın böyük şairi Nizami Gəncəviyə həsr olunmuş geniş konfrans təşkil olunub.
Azərbaycanın Misirdəki səfirliyindən verilən məlumata görə, konfransda İsgəndəriyyə şəhərinin qubernatoru Hani Əlməsiri, İsgəndəriyyə kitabxanasının direktoru, Beynəlxalq Nizami Gəncəvi mərkəzinin rəhbəri İsmayıl Siracəddin, N.Gəncəvi Beynəlxalq mərkəzin üzvləri-Bolqarıstanın keçmiş prezidenti Dmitri Stoyanov, Kolumbiyanın keçmiş prezidenti Andres Pastrana, Ruminiyanın keçmiş prezidenti Emil Konstantinensko, Albaniyanın keçmiş prezidenti Rekxeb Meidani, İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi İkmaləddin İhsanoğlu, Azərbaycan tərəfindən AR Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva, AR-ın Misirdəki səfiri Şahin Abdullayev, AR səfirliyinin əməkdaşları, N.Gəncəvi irsinin tədqiq edən misirli alimlər, ictimai siyasi xadimlər, Misir ictimaiyyətinin nümayəndələri və misirli tələbələr iştirak edib.
Toplantını giriş sözü ilə açan İsmayıl Siracəddin N.Gəncəvi yaradıcılığını geniş şəkildə təhlil edərək, onun əvəzsiz irsinin nəinki Azərbaycan xalqına, eyni zamanda bəşəriyyətə verdiyi xidmətlər barədə iştirakçılara geniş məlumat verib, onun şair, mütəfəkkir, filosof kimi fəaliyyətini ətraflı şəkildə işıqlandırıb.
Tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru G.Baxşəliyeva çıxış edərək, N.Gəncəvi yaradıcılığının ümumbəşəri dəyərlərindən danışıb, istər Azərbaycan, istərsə də Şərq və dünya ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib. Çıxışların sonunda İ. Siracəddin N.Gəncəvinin Azərbaycan Respublikası tərəfindən kitabxanaya təqdim olunan büstünün açılışını edib.
Tədbirin ikinci hissəsi N.Gəncəvinin irsi, yaradıcılığı ilə məşğul olan misirli alimlər-İsgəndəriyyə, Əl-Əzhər və Munufiyyə universitetlərinin alimlərinin çıxışları və geniş müzakirələrlə davam edib.
Beynəlxalq N.Gəncəvi mərkəzinin keçirdiyi hazırkı konfrans Misir Televiziyası və mətbuat orqanlarında geniş şəkildə işıqlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info