Ermənilərə yardım üçün yaradılan təşkilat agent çıxdı
Tarix: 21.04.2015 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Moskva prokurorluğu yoxlamalardan sonra “Vətəndaş yardımı” xeyriyyə təşkilatının “xarici agent” olduğunu açıqlayıb.
“Deutsche Welle” nəşrinin verdiyi xəbərə görə, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
“Qeyri-kommersiya təşkilatları haqqında” federal qanuna uyğun olaraq Ədliyyə Nazirliyi xarici agent funksiyasını yerinə yetirən qeyri-kommersiya təşkilatları reyestrinin siyahısına qaçqın və məcburi köçkünlərə yardım həyata keçirən “Vətəndaş yardımı” regional xeyriyyə təşkilatının adını da daxil edib”, - deyə açıqlamada deyilir.
“Vətəndaş yardımı” təşkilatının saytında göstərilir ki, təşkilat Azərbaycanda uydurma "erməni talanları"nın "qurban"larına yardım məqsədilə 1990-cı ildə bir qrup moskvalı tərəfindən yaradılıb. Onlar öz missiyalarını belə ifadə ediblər: “Biz miqrantlara kömək edirik. Biz onlara humanitar yardım göstəririk, onlara sosial dəstək almaq və özü hüquqlarını müdafiə etmək üçün köməklik göstəririk. Məsləhət veririk, müxtəlif instansiyalarda miqrantların maraqlarını müdafiə edirik, hakimiyyət və cəmiyyətin diqqətini onların problemlərinə çəkməyə çalışırıq”.
Təşkilat BMT Qaçqınlarla iş üzrə Ali Komissarlığından, Avropa Komissiyasının humanitar yardım üzrə bürosundan, Rusiya və xarici xeyriyyə fondlarından maliyyə yardım aldığın təkzib etmir.
Bununla belə təşkilat bu qərarla razılaşmır. “Təbii ki biz rayon məhkəməsinə şikayət verəcəyik. Məhkəmə prokurorluq və Ədliyyə Nazirliyini dəstəkləsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”, - deyə təşkilatların maraqlarını müdafiə edən vəkil Kiril Koroteyev bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info