F.Heydərov: “Azərbaycanın düşmənləri nailiyyətlərini qəbul etmək istəmirlər”
Tarix: 21.04.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu və Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən "Qarabağ tədqiqatları" mövzusunda konfrans keçirilib.
Akademiyasının rektoru Urxan Ələkbərov konfransın əhəmiyyətindən danışıb. Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə çıxışında Azərbaycanın Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.
Tədbirin davamında çıxış edən Azərbaycan Ağsaqqal Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, Azərbaycanda tarixi həqiqətlər, ölkədə olan mövcud vəziyyət elmi araşdırmalarla ortaya qoyulur. Bunun çox mühüm addım olduğunu deyən F. Heydərov qeyd edib ki, Azərbaycan indi dünya miqyasında inkişaf edən ölkələr sırasındadır: “Azərbaycan dünyanın hər yerindən görünür və nümunə hesab olunur. Biz inkişaf edirik. Bu günlərdə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunacaq. Azərbaycanın bugünkü uğurlarının əsası Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlərin Birliyi dağılan zaman 15 ölkə arasında torpaqlarının 1/5-ni itirən, 1 milyon qaçqını olan ölkəni Heydər Əliyev fəlakətdən qurtarıb və ölkədəki faciələrə son qoyub. Bununla da Heydər Əliyev bu gün dünyada tanınan ölkənin əsasını qoyub”. F.Heydərov əlavə edib ki, bu gün Azərbaycanın düşmənləri çoxdur, ona paxıllıq edir, nailiyyətlərini qəbul etmək istəmirlər: “İkili standartlarla çıxış edənlər Dağlıq Qarabağda azərbaycanlılara qarşı törədilənləri qəbul etmək istəmirlər. Bu torpaqların azad olunmasını arzulamırlar. Əslində isə hər kəs Azərbaycan torpaqların işğal olunduğunu, 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bilir. Bu faktları bəzən üzə deyənlər sonradan ikili standart nümayiş etdirərək fikirlərini davam etdirmirlər. Torpaqların qaytarılması üçün heç kəs təşəbbüs göstərmək istəmir. Yalnız özümüz, Prezident İlham Əliyevin səyi ilə və onun ətrafında birləşərək Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilərik. Bunun üçün belə bir vaxtda xalqın, xüsusilə gənclərin möhkəm birləşməsi vacibdir”.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, artıq bu gün Azərbaycan hücum taktikasını elmi əsaslarla həyata keçirməyə başlayıb.
Tədbirin davamında müxtəlif mövzular ətrafında məruzələr dinlənilib. Konfrans materialları kitab şəklində çap olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info