Azərbaycan ərazisinin vahid elektron kadastr bazası yaradılacaq
Tarix: 21.04.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi, ölkə üzrə daşınmaz əmlakların elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı işləri sürətləndirib. Komitə hazırda Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin icrasını uğurla davam etdirir. Layihənin əsas hədəfi layihə ərazisində bütün daşınmaz əmlakların kadastrının tərtibi, habelə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatında xidmət səviyyəsinin artırılması üçün rəqəmsal kadastr bazasının təmin edilməsidir.
Bu məqsədlə layihə ərazilərində torpaq sahələri yüksək dəqiqliyə malik müasir avadanlıqlarla ölçülür, pay torpaqlarının və həyətyanı sahələrin faktiki ölçüləri və sərhədləri dəqiqləşdirilir. Ümumilikdə 255 min hektar ərazini əhatə edən Layihənin icrasına 2013-cü ilin oktyabrından başlanılıb və 2016-cı ilin aprelinə layihənin yekunlaşdırılması nəzərdə tutulur.
Layihə ərazisində bütün növ daşınmaz əmlaklar – çoxmənzilli binalar, mənzillər, fərdi evlər, həyətyanı torpaq sahələri, pay torpaqları, kommersiya, istehsal və kənd təsərrüfatı obyektləri mövcuddur.
Həyata keçirilən bu layihənin əhali (daşınmaz əmlak sahibləri), dövlət qurumları və yerli biznes üçün geniş imkanlar açacağı və fayda gətirəcəyi şübhəsizdir. Belə ki, bəzi hallarda pay torpaqlarının koordinatları və forması ilə bağlı qeyri-dəqiqliklər müşahidə olunurdu. Pay torpaqları ilə sənədlərdə, o cümlədən xəritələrdə məlumatlar faktiki uyğunsuzluqlara rast gəlindiyi hallar da baş verirdi. Bu isə həmin torpaqların sənədləşdirilməsi və istifadəsi ilə bağlı çətinliklər yaradırdı.
Layihə çərçivəsində aparılan dəqiq ölçmələr nəticəsində belə çatışmazlıqlar aradan qaldırılır. Ölçmə işləri ən müasir avadanlıqlarla aparılır. Bu ölçmələrin dəqiqliyi və etibarlılığını təmin edir. Bu məqsədlə, 17 dəst mərzçəkmə avadanlığı, eləcə də, 13 ədəd qrafik çöl kompüteri (planşet) ilə Penmap proqram alınıb. Ölçmə işlərinin dəqiqliklə aparılması torpaq sahələrinin sərhədlərini dəqiq (10-30 santimetr) müəyyən etməyə imkan verir. Layihə vasitəsilə məlumatların dəqiqləşdirilməsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesinin də təkmilləşdirilməsinə dəstək verəcək.
“Kadastr və daşınmaz əmlakın qeydiyyatı” Layihəsi bir çox tərəfdən faydalıdır. Layihə daşınmaz əmlak bazarı ilə əlaqədar olan ən müxtəlif qrupların - əmlak sahiblərinin, dövlət qurumlarının və kommunal xidmətlərin fəaliyyətinə müsbət təsir göstərəcək. Layihənin nəticəsi imkan verəcək ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün lazım olan müddət minimuma endirilsin. Rəqəmsal kadastr xəritələri bir çox hallarda qeydiyyat məqsədləri üçün kadastr ölçmə işlərinin çölə çıxmadan kameral şəraitdə icra edilməsinə imkan yaradacaq.
Əmlak sahibləri üçün layihənin faydası ondan ibarətdir ki, əmlakın qeydiyyatı zamanı onun hüquqi təhlükəsizliyi təmin olunur. Torpaq sahələri üzrə sərhədlər dəqiqləşdirilir. Daşınmaz əmlakın alqı-satqısı sadələşir. Kommunal məsələlər baxımından da layihənin faydası az deyildir. Şəhərin kommunal xətləri lazımınca planlaşdırılacaq, enerji-kommunal müəssisələri və ətraf mühit təşkilatlarının fəaliyyətinə müsbət təsir göstərəcək.
Elektron kadastr məlumat bazası şəhərin planlaşdırılması üçün təməl sənədlər bazasıdır. Layihə nəticəsində torpaqlardan istifadə üçün planlaşdırma imkanı yaranacaq, şəhər təsərrüfatının idarə edilməsi işi təkmilləşəcək. Turizmin inkişafına şərait yaranacaq.
Layihə dövlət əmlakının özəlləşdirilməsi prosesinin sadələşməsinə də öz töhfəsini verəcək. Dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin özəlləşdirilməsi prosesi üçün zəruri məlumatların əldə edilməsi, qiymətləndirilməsi işi elektron kadastr məlumatları əsasında həyata keçiriləcək. Bununla da, bu proses əhəmiyyətli dərəcədə intensivləşəcək.
Layihənin digər mühüm nəticələrindən biri Azərbaycanda özəl mərzçəkənlər qurumunun formalaşması olacaq. “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” Layihəsinin icrasında özəl mərzçəkən kadastr mühəndisləri və şirkətləri cəlb edilib. Bu proses mərzçəkənlər qurumunun formalaşması üçün başlanğıc olacaq.
Layihə nəticəsində Gəncə və Şəkinin timsalında ölkə tarixində ilk dəfə olaraq sistematik kadastr ölçmələri sayəsində hüquqların qeydiyyatı üçün davamlı, mükəmməl kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi yaradılacaq. Bununla, layihə ərazisindəki daşınmaz əmlak sahibliyi, yəni dövlət, xüsusi və bələdiyyə mülkiyyəti qəti dəqiqləşəcək.


Fuad Hüseynzdə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info