Lənkəran gənclərinə ekoloji mövzuda interaktiv təlim keçirilib
Tarix: 21.04.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


“Addım” Gənclər Təşkilatı Prezident yanında Gənclər Fondu və Fransa səfirliyinin dəstəyi ilə “EkoLogika” layihəsini gerçəkləşdirir. Layihə çərçivəsində ilk olaraq Lənkəran şəhərində “Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlim həyata keçirilib. Bu barədə “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə məlumat verib. Onun sözlərinə görə, təlim Lənkəran şəhərində yerləşən Gənclər mərkəzində həyata keçirilib: “Təlimdə 30 gənc iştirak edib. Təlimçi Tofiq Sadıxov mövzu ilə ətraflı məlumat verib, gənclərlə maraqlı müzakirələr aparıb. Eyni zamanda layihənin promo videosu nümayiş olunub”.
O qeyd edib ki, layihə çərçivəsində yekun tədbir və təlimlər 22 Aprel “Dünya Yer Günü”ndə isə Bakıda keçiriləcək: “Təlimlər saat 17:00 da Ramada Hoteldə olacaq. Saat 19:00 da isə dövlət rəsmilərinin, şirkət nümayəndələrinin, səfirlik əməkdaşlarının, QHT nümayəndələrinin və gənclərin iştirak edəcəyi bağlanış mərasimi olacaq. Tədbirdə layihənin promo videosu və məhşur fransız rejissoru Yann Artus Bertrandın “Home” (Ev) filmi nümayiş olunacaq. Dünyanın bir çox ölkələrində qadağa olan film Azərbaycanda rəsmi icazə ilə göstəriləcək”.
Qeyd edək ki, “Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlimdə iştirak etmək istəyən gənclər ADDIM gənclər təşkilatının “Facebook” səhifəsinə və ya addimofficial@gmail.com elektron ünvanına yaza bilərlər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Gənclər mənəvi irsimizin təbliğində fəallıq nümayiş etdirirlər”
17.04.2019
Masallıda Nəsimiyə həsr olunan tədbir keçirilib
16.04.2019
Mübariz İbrahimovun ev muzeyini ziyarət
15.04.2019
Masallıda şagirdlər arasında “İnşa- yazı” müsabiqəsi
15.04.2019
Masallıda Orduya yaz çağırışı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info