Biləsuvarda ilin birinci rübündə 331 yeni iş yeri yaradılıb
Tarix: 21.04.2015 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Dünən Biləsuvar rayonunda 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonda 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə edərək bildirib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, rayonda da son illər, eləcə də 2015-ci ilin birinci rübündə əldə olunmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir. Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 36.7 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz çoxdur. Birinci rübdə ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 8.6 milyon, ticarətdə 17.3 milyon, tikinti sahəsində 6 milyon, sənayedə 4 milyon, nəqliyyatda 0.7 milyon manat təşkil edib. Bu dövrdə əsas kapitala yönələn investisiyalar 6.2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 45.4 milyon manat təşkil edib. Rüb ərzində rayonun yerli gəlirlər 3.6 milyon manata qarşı 3.8 milyon manat və ya 105 faiz yerinə yetirilib. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 376 manat, orta aylıq əməkhaqqı isə 278 manat olub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən birinci rübdə rayonda fəaliyyət göstərən 34 sahibkara 368 min manat kredit verilib. Görülmüş işlər nəticəsində 331 yeni iş yeri açılıb. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsində birinci rübdə rayonda 32 fərdi ev tikilib. Hesabat dövründə ailə üzvlərinin sayı 6280 nəfər olmaqla 1245 ailə ünvanlı dövlət sosial yardımı alıb. İlin birinci rübündə rayonda tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüş, təmir-tikinti və abadlıq işləri aparılıb. Ötən il rayonda ümumi şagird tutumu 1310 nəfər olan 3 məktəb üçün yeni binalar inşa olunub, 1176 şagird yerlik 1 məktəb isə əsaslı təmir olunub. Biləsuvar şəhərində müasir tələblərə cavab verən hər biri 100 və 200 yerlik uşaq bağçalarının tikintiləri başa çatdırılıb. Hazırda uzunluğu 16,0 km olan Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və uzunluğu 6,0 km olan Əsgərabad-Muğan avtomobil yollarının, Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar rayon şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin, rayon Toxumçuluq idarəsinin inzibati binasının, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, Mərkəzi rayon Xəstəxanasının əsaslı təmiri işləri davam etdirilir. Ötən dövr ərzində rayonda əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülüb, Biləsuvar şəhər və 18 kənd yaşayış məntəqəsi tam qazlaşdırılıb, sayğaclaşma işləri başa çatdırılıb. Hazırda Ağayrı, Günəşli Nərimankənd, Səmədabad, Muğankənd və Yuxarı Ağalı kəndlərinin qazlaşdırılması işləri aparılır. Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılıb. Hazırda kanalizasiya sisteminin tikintisi işləri aparılır. Cari ilin birinci rübü ərzində “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində rayonda ağacəkmə aksiyaları keçirilib. Bu günədək 3500 ədəd çinar və digər ağaclar əkilib, əraziyə gübrələr verilərək, suvarma işləri aparılıb. Bundan əlavə aksiyada rayonun kəndləri də yaxından iştirak edərək çoxlu sayda ağaclar əkiblər. Qeyd edilib ki, birinci Avropa oyunları bu ilin iyun ayında Bakı şəhərində keçirilən ölkə miqyaslı əhəmiyyətli hadisələrdən biri olacaq. Avropa Oyunlarının respublikamızın paytaxtında keçirilməsi hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin 3 may 2015-ci il tarixdə Biləsuvar rayonunda “Məşəl yürüşü” ilə bağlı keçirəcəyi tədbirin yüksək səviyyədə təşkil olunmasından ötrü görülən işlər daim diqqətdə saxlanılır. Hazırlıq məqsədilə rayonda geniş tərkibdə işçi qrupu yaradılıb, idmançıların hərəkət marşrutları dəqiqləşdirilib, görüləçək işlər müəyyənləşdirilib. Şəhərin və ətraf ərazilərin təmiz, səliqəli saxlanmasından ötrü vaxtaşırı iməciliklər keçirilir, abadlıq və yenidənqurma işləri aparılır. Tədbirdə qeyd edilib ki, ökə Prezidentinin 2015-c ili “Kənd təsərrüfatı ili” elan etməsi ilə bu sahədə qarşıya qoyduğu təxirəsalınmaz tapşırıq və göstərişlərin yerinə yetirilməsi məqsədilə rayonda kənd təsərrüfatının bütün sahələrini əhatə edən kompleks tədbirlə planı hazırlanmış və bu istiqamətdə müvafiq tədbirlərin görülməsinə artıq başlanıb. 2015-cü ilin arxada qalmış birinci rübündə rayonda təhsil, səhiyyə və mədəniyyət sahəsində də xeyli iş görülüb, gənclərlə işin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Son illər rayonda 13 yeni məktəb tikilib 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilib. Ötən dərs ilində rayonumuzun ümumtəhsil məktəblərini 928 şagird bitirib, onlardan 178 nəfəri ali məktəblərə, 89 nəfəri isə respublikamızın orta ixtisas məktəblərinə qəbul olublar. Məzunlardan 6 nəfəri 600-dən, 32 nəfəri isə 500-dən çox bal toplayıb. Mahir Quliyev ayrı-ayrı sahələr üzrə yaranan problemlərin həlli barədə aidiyyəti şəxslərə öz tövsiyyələrini verib. Digər natiqlər fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat veriblər və qarşıda duran vəzifələr müzakirə olunub.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info