Maqnus Karlsen: “Növbəti 5 tur daha çətin olacaq”
Tarix: 21.04.2015 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2015” turnirində 4-cü tur başa çatıb. Dünya çempionu Maqnus Karlsen hesabat turunda autsayder Maykl Adamsla heç-heçə oynayıb.
Partiyadan sonra keçirilən mətbuat konfransında norveçli qrossmeyster heç-heçənin sürpriz olmadığını bildirib: "Partiyanın əvvəlindən üstünlük qazanmaq istədim. Fiqurların dəyişdirilməsi belə kömək olmadı. Ağ fiqurlar üçün daha geniş imkanlar görünürdü. Təhlükə çox az idi. Bu mənada heç-heçə normal nəticədir. Adamsla xalı yarı bölmək sürpriz deyil. Rəqib kifayət qədər yaxşı müdafiə olundu. Ümumilikdə 4 turdan sonra çıxışımı yaxşı qiymətləndirirəm. Nəticə baxımından normaldır. Əminəm ki, növbəti 5 tur daha çətin olacaq. Hazırda turnir cədvəlindəki mövqeyim barədə düşünmürəm". İngiltərə şahmatçısı Maykl Adams isə onun üçün əsas mübarizənin bu turdan başladığını söylədi: "Çətin partiya idi. Karlsen üstünlük qazanmaqla dönüş yaratmağa cəhd edirdi. Qarışıqlıqda oynamaq asan deyil. Fikrimcə dünya çempionuyla heç-heçə pis nəticə deyil. Razıyam ki, Şəmkirdə hələlik öz oyunumu göstərmirəm. Turnir mənim üçün bir qədər yaxşı başlamadı. Bununla belə əsas mübarizə qarşıdadır. Əsas partiyalar hələ başlamayıb".




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info