“The Washington Post”un jurnalistinə casusluq ittihamı
Tarix: 21.04.2015 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Ceyson Rezayan “düşmən ölkə hökumətləri ilə əməkdaşlıqda”, “İran dövlətinin əleyhinə təbliğat aparmaqda”, “daxili və xarici siyasətlə bağlı informasiya toplamaq və onu dost olmayan dövlətlərə ötürməkdə” günahlandırılır
İran prokurorluğu bir müddət əvvəl həbs edilən “The Washington Post” nəşrinin əməkdaşı Ceyson Rezayana bir neçə ittiham, o cümlədən casusluq ittihamı irəli sürüb. Amerikalı jurnalisti 10 ildən 20 ilə qədər həbs cəzası gözləyir.
“NEWSru.com”un yaydığı məlumata görə, Ceyson Rezayan həyat yoldaşı Yeganə Salehi ilə birlikdə 2014-cü ilin 22 iyul tarixində həbs edilib. Həmin vaxt daha iki amerikalı jurnalistin həbsi ilə bağlı məlumat yayılıb. Sonradan Rezayan istisna olmaqla digər həbs edilənlər azadlığa buraxılıb. Rezayan həmin vaxtdan İran həbsxanasında yatır. O, casusluqda, “düşmən ölkə hökumətləri ilə əməkdaşlıqda”, “İran dövlətinin əleyhinə təbliğat aparmaqda”, “daxili və xarici siyasətlə bağlı informasiya toplamaq və onu dost olmayan dövlətlərə ötürməkdə” ittiham edirlər. Onun vəkili Leyla Axsan qeyd edir ki, jurnalistin günahı isbatlanmayıb və onun İran hökumətinin fəaliyyəti ilə bağlı gizli informasiyalara çıxışı yoxdur. İran xüsusi xidmət orqanları Rezayanın ABŞ prezidenti Barak Obamaya yazdığı məktubu fakt kimi təqdim edirlər. İran KİV-ləri yazır ki, amerikalı jurnalist İranın nüvə proqramı ilə yaxından maraqlanırmış. “The Washington Post” yazır ki, Rezayan 2012-ci ildən onlarla əməkdaşlıq edir və 39 yaşlı jurnalistin ikili vətəndaşlığı var.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info