NDU-da təhsil alan tələbələrin valideynləri ilə görüş
Tarix: 21.04.2015 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrin valideynləri ilə görüş keçirilib. Təhsil müəssisəsi və universitetdə təhsil alan tələbələrin ailələri arasında əlaqələri daha da gücləndirmək məqsədilə keçirilən görüşdə iştirak edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışına Prezident İlham Əliyevin sözləri ilə başlayıb: “Naxçıvan Dövlət Universiteti yüksək ixtisaslı kadrların yetişdirilməsinə və elmi mühitin formalaşmasına öz müsbət təsirini göstərmişdir!”. Ümummilli lider Heydər Əliyevin bu ali təhsil ocağının müqəddəratında, təşəkkülündə və inkişafında mühüm rol oynadığını, dəfələrlə universitet kollektivi ilə görüşərək tarixi çıxışlar etdiyini, Naxçıvan Dövlət Universitetini Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biri kimi yüksək qiymətləndirdiyini bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bilavasitə təşəbbüsü və qayğısı sayəsində universitetin güclü maddi-texniki bazası formalaşıb. Natiq, universitetin 10 fakültəsində 56 ixtisas üzrə ali təhsil alan 5000-ə yaxın tələbə, magistr və aspirantın müstəqil Azərbaycanın dövlətçilik maraqlarını gerçəkləşdirə biləcək layiqli nəsil, dəyərli mütəxəssis kimi yetişdiyini qeyd edib.
Rektor, tələbələrin pis vərdişlərdən uzaqlaşdırılması, onların təhsilə cəlb olunması və təlim-tərbiyə işində universitetlə ailənin birgə əlaqəsindən danışaraq, görüşün əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, universitetin qarşısında duran əsas vəzifələrdən biri savadlı, geniş dünyagörüşünə və yüksək intellektə malik Vətənə, cəmiyyətə layiqli gənclər yetişdirməkdir: “Tələbələrin ixtisaslı kadrlar kimi yetişməsində tək universitetin yox ailənin də üzərinə mühüm vəzifələr düşür. Məhz buna görə də universitetlə ailə arasında sıx əlaqə qurulmalıdır”. Boloniya prosesinin prinsiplərinə uyğun olaraq tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilərək, onlayn dərslərin keçirildiyini nəzərə çatdıran rektor vurğulayıb ki, imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə, semester imtahanları elektron qaydada test üsulu ilə aparılır.
Tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Abbasova Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən qayğı nəticəsində təhsil müəssisələri fəaliyyətinin gücləndirildiyini, ali təhsil müəssisələrində də tədrisin müasir tələblər səviyyəsində təşkil olunduğunu, ailə və ali təhsil müəssisələrinin birgə işindən və onların üzərinə düşən vəzifələrdən danışıb.
Görüşdə Muxtar Respublika ilə yanaşı, Azərbaycanın digər rayonlarından olan valideynlər çıxış edərək, tələbələrin ikinci evi sayılan universitetlə tanış olduqlarını və yaradılan yüksək şəraitdən məmnunluqlarını ifadə ediblər. Bu ali təhsil ocağında övladlarına bilik və bacarığını sərf edən professor-müəllim heyətinə, onların təkliflərini dinlədikləri üçün universitetin rəhbərliyinə minnətdarlıqlarını bildirərək, bu cür görüşlərin davamlı olmasını arzulayıblar.
Tədbirin bədii hissəsində universitetin xarici və yerli tələbələrinin musiqi nömrələri dinlənilib.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı






 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info