ABŞ Avropanı “iqtisadi NATO” ilə nəzarət altına almaq istəyir
Tarix: 22.04.2015 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Avropa Birliyi ilə ABŞ arasında ortaq bazarın yaradılması təşəbbüsü və bu danışıqların hətta, Avropa Parlamentindən də gizli aparılması avropalılar arasında ciddi etirazlarla qarşılanmaqdadır. Təbii ki, bu etirazların də bir çox səbəbləri var. Qeyd edilməlidir ki, Avropa Birliyinin ABŞ-la müqayisədə daha yaxın və gəlirli ticarət alternativi var.
Transatlantik ticarət və investisiya tərəfdaşlığı haqqında müqavilənin bağlanması ərəfəsində təkcə Avropada deyil, həm də Amerika, Asiya və uzaq Afrikada da bunun əleyhinə etirazlar təşkil edilir. Lakin əsas nümayişlər müqaviləyə birbaşa bağlılığı olan Avropada keçirilir. Bu müqaviləyə qarşı toplanan imzaların sayı artıq 1.7 milyonu keçib. Qeyd edək ki, bu gün Avropa ilə ABŞ arasında siyasi birlik rəsmi olaraq NATO formasında mövcuddur və Vaşinqton Avropa elitasına alyans vasitəsilə nəzarət edir. Transatlantik ticarət və investisiya tərəfdaşlığı müqaviləsi ilə vahid iqtisadi orqanizm yaradılacaq və bununla da ABŞ iqtisadi baxımdan da Avropaya nəzarət edəcək. Bu mənada yeni müqaviləni “iqtisadi NATO” adlandırırlar. Bu layihə Avropaya nəzarətin saxlanılması məqsədilə Birləşmiş Ştatların geosiyasi planı kimi qəbul edilir. Aydın görünür ki, yeni iqtisadi müqavilə ABŞ-ın Avropa üzərində ümumi təsirini artırmağa hesablanıb. Ona görə də, bu layihə əleyhinə olan fərqli siyasi düşüncə sahibləri Avropa dövlətlərinin müstəqilliyinin saxlanılmasının lehinə çıxış edirlər. Məlumdur ki, ABŞ hər vəchlə Çinin Avropada qlobal iqtisadi genişlənməsini dayandırmağa çalışır. Nəzərə almaq lazımdır ki, ABŞ təkcə Asiyada deyil, Latın Amerikası ölkələrində belə, Çinlə rəqabət aparmaqda çətinlik çəkir. Ekspertlər hesab edir ki, Transatlantik əməkdaşlıq təklifi də bu uğursuzluğu kompensasiya etməyə hesablanıb. Bundan əlavə, Ağ Evi tərk etməyə hazırlaşan Barak Obama da fəaliyyət müddətinin sonuna kimi bu müqavilənin imzalanmasına nail olmaq istəyir. Maraqlı detallardan biri də odur ki, gizli keçirilən danışıqlar barədə hətta, Avropa Parlamenti də məlumatlı deyil. Müqavilə layihəsini oxumaq hüququ yalnız Brüsseldə vəzifəli şəxslərinin iştirakı ilə yeddi millət vəkilinə verilib. Sazişə dəstək verənlər iddia edirlər ki, bu müqavilə hər iki tərəf üçün sərfəlidir. Sazişin cazibədarlığına, Transatlantik ticarət və investisiya tərəfdaşlığının faydalarına inanan avropalılar da az deyil. Bununla belə Böyük Britaniya əhalisinin 54 faizi, Almaniyada isə əhalinin 43 faizi müqavilənin imzalanmasına qarşı çıxır. Müqavilənin əleyhdarları başa düşürlər ki, imza toplanılması ilə prosesə mane ola bilməyəcəklər. Amma Avropa Parlamentində müqavilənin səsvermə prosesinin asan olmayacağı indidən bəllidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info