“Avropanın mühacirlərə münasibəti insan haqlarına ziddir”
Tarix: 22.04.2015 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Bu günlərdə mühacirləri daşıyan 3 gəmi faciələrə səhnə olub. Ən son faciə isə Aralıq dənizində 900-ə yaxın insanın həyatını itirməsi ilə nəticələnib ki, bununla bağlı müxtəlif beynəlxalq təşkilatlar məhz Avropanı günahlandırırlar. Onlar AB-ni bu faciənin qarşısını almamaqda, mühacirlərə yardım etməməklə bağlı tənqid edirlər. BMT-nin İnsan Haqları komissarı Zeyd Raad el-Hüseyin Aralıq dənizində baş verən faciə ilə bağlı Avropa Birliyinə müraciət ünvanlayıb.
Zeyd bildirib ki, Avropa dünyanın ən müdafiəsiz mühacirlərinə arxasını çevirir və Aralıq dənizinin böyük bir məzara çevrilməsi riskini alır. Onun sözlərinə görə, Avropa iqtisadiyyatının aşağı ixtisaslı kadrlara ehtiyacı var və mühacirlər buna yardımda olmaq üçün çırpınırlar: “Avropanın mühacirlərə yanaşması insan haqları baxımından da qəbul edilməzdir. Avropa hökumətlərinin insan həyatına önəm verməsi üçün daha neçə faciə yaşanması lazımdır?”. BMT-nin Mühacirlərlə bağlı məsələlər üzrə baş komissarı Antonio Quterres Aralıq dənizində həftə sonu içində 950 nəfərin olduğu gəminin batması ilə bağlı olayı tarixin ən böyük faciələrindən biri adlandırıb. Hadisə ilə bağlı Lüksemburqda təcili toplanan 28 AB ölkəsinin daxili və xarici işlər nazirlərinin toplantısı keçirilib. AB-nin xarici siyasət üzrə yüksək təmsilçisi Federika Moqherini bildirib ki, bu faciə ilə artıq AB-yə üzv ölkələrin bəhanəsi qalmadı. O, bu yaşananların həmrəylik, insan haqları və insanlığa hörmət əlaməti üzərində inşa edilən bir birlik üçün qəbuledilməz olduğunu bildirib.

“Avropanın mühacirlərə yanaşması insan haqları baxımından da qəbul edilməzdir. Avropa hökumətlərinin insan həyatına önəm verməsi üçün daha neçə faciə yaşanması lazımdır?”

Avropa Parlamentinin başçısı Martin Schulz isə “Avropa daha artıq şeylər edə bilər və etməlidir. Məsuliyyətdən qaçan ölkələrin sayı bir utanc və müvəffəqiyyətsizlik etirafıdır. Hərəkətə keçməyimiz üçün daha neçə insanın boğulması lazımdır?” deyib. Almaniya kansleri Angela Merkelin koməkçisi “mühacirlər çarəsizdir, amma bəlkə də ümid içində Avropaya yola çıxmışdılar. Ancaq nəticədə sadəcə ölümlə üzləşmələri bir faciədir” deyib. Aralıq dənizində yaşananlara Avropa siyasilərinin laqeyd münasibəti ciddi narazılıq yaradır. Hər zaman özlərinin marağı naminə insan haqlarını əllərində bayraq edən aidiyyəti təşkilatlar yüzlərlə insanın taleyinə laqeyd yanaşırlar. Buna görədir ki, Beynəlxalq Əfv Təşkilatı Avropa Birliyinə axtarış-arama işlərini yenidən başlatması üçün çağırış edib. İngiltərə Baş naziri David Kameron Aralıq dənizidəki qaçaq miqrant faciələri ilə bağlı Avropada çox qara günlərin yaşandığını deyib. Miqrantların ölümlərini "qorxunc" olaraq xarakterizə edən Cameron əhatəli bir araşdırmaya ehtiyac olduğunu deyib. David Kameron, Aralıq dənizidəki faciə ilə bağlı italyalı həmkarı Matteo Renzi və maltalı həmkarı Cozef Muskatla telefonla danışıb. Üç lider həmfikir olublar ki, bölgədə daha çox insanın ölməsinin qarşısını almaq üçün Avropa Birliyi təcili müdaxilə etməlidir. Matteo Renzi isə faciədən sonra verdiyi ayrıca açıqlamada Aralıq dənizinin hər gün toplu ölümlərə səhnə olmasını qəbul edə bilməyəcəklərini deyib. O, avropalı liderləri insan qaçaqçılığına qarşı ortaq hərəkətə dəvət edib. Renzi, insan qaçaqçılığını "qitənin vəbası" adlandırıb. Avropa mediası da faciəyə qitə dövlətlərinin seyrçi qalmasına sərt reaksiya verib. Onu da qeyd edək ki, faciədən xilas olan 32 yaşındakı banqladeşli bir mühacir gəmidəkilərin sayının 950-yə yaxın olduğunu və orada 200 qadın və 50 uşaq olduğunu deyib: “Onlar gəminin ən alt qatındakı zirzəmidə idilər. Qəfəsdəki siçanlar kimi can verdilər. Mən və bəzi göyərtədəkilər xilas ola bildik, onlar isə boğularaq öldülər”. Xatırladaq ki, 2014-cü ildə Aralıq dənizində ölən mühacirlərin sayı 3500 nəfər idisə, 2015-ci ilin ilk 4 ayında bu rəqəm 1700 nəfərdir.
Nigar Abdullayeva
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info