Ermənistanda doğum səviyyəsi 2 dəfə aşağı düşüb
Tarix: 22.04.2015 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Son illərdə regionun bütün iqtisadi və eləcə də bir mühüm siyasi layihələrindən kənarda qalan, hər şeydən təcrid olunmuş Ermənistanda yaşayış səviyyəsinin xeyli aşağı düşməsi barədə bu ölkənin mediasında dəfələrlə yazılar yazılıb. Hətta nəinki iqtisadçı ekspertlər və siyasətçilər, bəzi hallarda məmurların özləri belə ölkələrində iqtisadi böhranın ilbəil dərinləşdiyini etiraf edirlər, miqrasiya probleminin artdığını, əhalinin Rusiya və Avropa ölkələrinə axın etdiyini deyirlər. İqtisadi bataqlıqlarda can verən bu ölkədə artıq demoqrafik problemlər də kəskin şəkildə özünü büruzə verməyə başlayıb.
Belə ki, Ermənistan KİV-ləri Qafqazın ən geridə qalmış bu ölkəsində demoqrafik böhranın yaşanması barədə həyəcan təbili çalırlar. Sosial-iqtisadi problemlər girdabında boğulan ölkədə doğum səviyyəsi son 10 ildə 2 dəfə aşağı düşüb.

Yoxsulluq içərisində yaşayan erməni ailələri uşaq sahibi olmaq istəmirlər. “Nyus armenian” saytının bununla bağlı araşdırmasına əsasən, hazırda Ermənistanda produktiv 1 anaya düşən uşaq sayı 1,3-dən aşağı enib. Bu isə yaxın gələcəkdə ölkədə daha ciddi problemlərə yol açacaq. Erməni sosioloq Ruben Yeqanyanın sözlərinə görə, indiki ailələrin yalnız 30 faizi övlad sahibi olmağa meyllidir. Yeqanyan bunu erməni gənclərinin sabit maaşlı işlərinin olmaması ilə əlaqələndirir. Bundan başqa, əksər ailələrdə doğulan uşaqlar müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Xəstə uşaq isə erməni cəmiyyətində yaxşı qəbul olunmur. Ona görə də valideynlər çox zaman belə övladlarını ətraf aləmdən təcrid şəkildə böyüdürlər. Ailələrin əksəriyyəti onların müalicəsi üçün pul tapa bilmir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info