Bir qrup əlilliyi olan şəxs Türkiyəyə müalicəyə göndərilib
Tarix: 22.04.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin xaricdə bərpa-müalicəsinin təşkili məqsədilə görülən işlərin davamı olaraq, 29 nəfərdən ibarət daha bir qrup əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına bərpa müalicəsinə göndərilib.
Əlilliyi olan şəxslərin yola salınması zamanı Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısından söz açan ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkədə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, habelə onların xaricdə bərpa-müalicəsinin təşkili işlərinin daim gücləndirildiyini vurğulayıb: “Bu ayın əvvəlində 28 nəfər əlilliyi olan şəxs Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə yola salınıb. Onlara mərkəzdə yüksək səviyyədə bərpa-müalicə xidməti göstərilib ki, bu da onların səhhətində müəyyən yaxşılaşmaya səbəb olub. Bu, artıq əlilliyi olan şəxslərdən ibarət növbəti qrupdur ki, həmin mərkəzə yola salınır. Beləliklə, son bir ayda Nobel Tibb Mərkəzində bərpa-müalicə kursuna göndərilən əlilliyi olan şəxslərin sayı artıq 57 nəfərdir”.
Şöbə müdiri bildirib ki, sosial proqramların 2015-ci ildə də uğurla davam etdirilməsinin bir təzahürü kimi, cari ildə ƏƏSMN tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndəriləcək əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı ötən ilki ilə müqayisədə 20 faizədək çox, yəni 190 nəfər təşkil edəcək. Onlardan 75 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olacaq ki, həmin uşaqlar valideynlərindən birinin müşaiyəti ilə yola salınacaq.
S.Abdullayev qeyd edib ki, Türkiyənin Dənizli bölgəsi özünün müalicəvi təbii potensialı, o cümlədən müalicəvi palçıq sahələri, mineral bulaqları, şəfalı havası və suyu ilə tanınan sanator-kurort məkanıdır: “Nobel Tibb Mərkəzində də bu bölgənin müalicəvi resurslarından istifadə olunmaqla səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) tətbiq olunur. Yola salınan əlilliyi olan şəxslər mərkəzdəki 5 ulduz oteldə yerləşdiriləcək və peşəkar həkim-reabilitoloq personalı tərəfindən onlara lazımi reabilitasiya xidmətləri göstəriləcək. Orada əlilliyi olan şəxslərin bərpa müalicəsinə nəzarət etmək, eləcə də mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün ƏƏSMN-nin bir nəfər həkimi də Türkiyəyə ezam edilib”.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info