“Gənc yaşımda məsul vəzifələrə seçilməyimin təsadüfi olmadığını göstərəcəyəm”
Tarix: 22.04.2015 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Günay Məhərrəmli: “Hər kəs gənclər ordusunun Avropa Oyunlarında necə aktiv olacağının şahidi olacaq”

Son illərdə ölkəmizdə gənclərimizin ictimai fəaliyyətlə məşğul olması üçün geniş meydan açılıb. Artıq aktiv, öz bacarıq və biliyini sübut etmək üçün imkanlar axtaran gənclər oxuduqları orta və ali məktəblərdə də bu imkanlardan yararlanmağa başlayıblar. Belə uğur formulunun sirrini bilən gənclərdən biri də Günay Məhərrəmlidir. Bu bacarıqlı gənclə olan müsahibəni oxuculara təqdim edirik:
- Günay xanım, bu yaxınlarda Bakı Biznes Universitetinin Yap Gənclər Birliyinin və Tələbə Həmkarlar Təşkilatının sədri seçilmisiniz. Bu barədə və ümumilikdə fəaliyyətiniz haqqında məlumat verərdiniz.
- Bəli, bu yaxınlarda Bakı Biznes Universitetinin Yap Gənclər Birliyinin və THT–nin sədri seçilmişəm və üzərimə əlavə məsuliyyət düşdü. Etibar edib, məni gənc yaşımda belə məsul vəzifəyə təyin edən hər kəsə öz təşəkkürümü bildirirəm. Çalışacağam, mənə göstərilən bu etimadı doğruldam və gənc yaşımda belə məsul vəzifələrə təyin olunmağımın təsadüfi olmadığını da göstərəm. Qeyd edim ki, hazırda Bakı Biznes Universitetində oxuyuram. İxtisasım marketinqdir. Amma bundan öncə Bakı Sənaye Pedaqoji Kollecini fərqlənmə diplomu ilə bitirmişəm. Kollecdə oxuyanda onu anladım ki, yaşayacaqlarımdan qaçmaq olmaz, həyatında nə baş verirsə, deməli, hazırda ən yaxşısı budur. Elə ilk ictimai fəaliyyətimə orada başladım. Bu da təsadüfi oldu. O zaman “Ekologiya” mövzusunda esse müsabiqəsi var idi. Müsabiqədə iştirak etdim və qalib oldum. Qeyd edim ki, bu müsabiqə universitetlər və kolleclərarası keçirilirdi. Bundan sonra Bakı Sənaye Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının sədr müavini oldum. İlk ictimai fəaliyyət, qazanılan yeni dostlar, yeni uğurlar məhz o gündən başladı. Eyni zamanda mənim özümdə, düşüncələrimdə bir fərqlilik yarandı. Maraqlı bir məqamı da qeyd edim ki, həmin zamanlarda jurnalistika sahəsində çalışırdım. Sonra bir neçə layihənin rəhbəri, koordinatoru olmuşam. “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru və Mətbuat və ictimaiyyət üzrə departament sədri seçildim. Bakı Biznes Universitetinə də qəbul olanda orada elə ilk gündən özümü tanıtdım, burada da dərslərimlə yanaşı ictimai fəaliyyətimin olmasını istədim və bildirdim. Hər şey gözlədiyimdən də yaxşı oldu.
Yuxarıda qeyd etdiyim kimi ixtisasım marketinqdir. Bu sahəyə ümumiyyətlə, həmişə böyük marağım olub. Sevdiyim ixtisasdır. Hazırda dərslərim də yolunda gedir və bilirəm ki, dərslərlə yanaşı eyni zamanda təcrübə də önəmlidir. Tanıdığım və işi ilə yaxından tanış olduğum marketoloqlarla yaxın zamanlarda yeni layihələrimiz də gözlənilir. Məqsəd ixtisasımda ən yaxşılarından olmaq, daha çox çalışmaq və daha çox öyrənməkdir.
-Gənclərimizin, eləcə də özünüzün ictimai aktivliyiniz sizi qane edirmi?
-Bəli. Gənclərin ictimai aktivliyi cəmiyyətin inkişafında müsbət amildir. Son illər gənclərin bu baxımdan fəallığında Prezident yanında Gənclər Fondunun xüsusi rolu var. Fond gənclərin, eləcə də gənclər təşkilatlarının nəinki ölkə daxilində, həmçinin xaricdə də keçirdiyi layihələrə dəstək verir. Keçən il mən özüm də Prezident yanında Gənclər Fondunun V qrantının qaliblərindən biri oldum. Layihəm “Azərbaycanda yaşayan xarici tələbələrə, Azərbaycan tarixini tanıdaq” idi. Layihənin adından da göründüyü kimi, bu layihədə xarici tələbələr iştirak etdi. Hardasa 8 ölkədən iştirakçı var idi. Bura Türkiyə, Gürcüstan, İtaliya, Ukrayna, Ərəbistan və s. ölkələrdən olan gənclər daxil idi. Məqsəd Azərbaycanın tarixi, təbiəti ilə burada yaşayan, oxuyan tələbələri tanıtmaq, onlarda daha çox bilgi yaratmaq idi. Bu gün də bu aktivliyi qorumağa çalışıram.
-Dövlətin gənclər siyasəti öncül gənc olaraq sizi razı salırmı? Bu sahə ilə bağlı hansısa təklifiniz varmı?
- Ümumiyyətlə, gənclərimiz Azərbaycan mədəniyyətini bütün dünyada tanıtmaq üçün çoxlu konfranslarda, festivallarda, forumlarda fəal iştirak edirlər. Bu da Azərbaycan gənclərinin Vətənə, millətə sevgisi, öz soykökünə, xalqının milli adət-ənənələrinə bağlı olması ruhunda yetişdirilməsinin bariz nümunəsidir. Düşünürəm ki, özündə azərbaycançılıq hissini duyan, bununla fəxr edən hər kəs aktiv olmalı, əlindən gələni etməlidir. Mən deyərdim ki, məhz gənclərimizin də əməyi sayəsində “Eurovision” mahnı müsabiqəsi Azərbaycanda yüksək səviyyədə keçirildi. Bura təşrif buyuran qonaqları Azərbaycanımızla tanış etmək, onlara tarixi abidələrimiz, mədəniyyətimiz və sair sahədə məlumatlandırmaqda yaxından iştirak etmişdilər. Bu yolda könüllülərin də rolu böyükdür. Bu danılmaz faktdır ki, gənclərimizin şəxsiyyət, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. O bu proseslərin təməlini qoydu. Bu gün Azərbaycan gəncləri təkcə dövlətlərarası dostluqların yaranmasında öz töhfələrini vermirlər, həmçinin əcnəbilərlə şəxsi dostluq münasibəti qurur, dövlətimizi layiqincə təmsil edirlər. Məhz gənclərimizin də güclü təbliğatının nəticəsi oldu ki, yaxın vaxtlarda birinci Avropa Oyunları Bakıda uğurla keçiriləcək. Buna əmin ola bilərsiniz. Hər kəs gənclər ordusunun Avropa Oyunlarında necə aktiv olacağının şahidi olacaq. Bu bir daha müasir Azərbaycan gəncinin uğurundan xəbər verir. Son zamanlar Prezidentimizin gənclərlə bağlı apardığı uğurlu siyasətin nəticəsi olaraq gəncliyimiz günü-gündən daha çox inkişaf edir. Bu yolda Heydər Əliyev Fondunun, İdman və Gənclər Nazirliyinin də rolu əvəzsizdir.
Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə Olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
-Gələcəyin peşəkar marketoloqu kimi Azərbaycandakı inkişafı, iqtisadi tərəqqini və sosial rifahın yüksəlməsini necə dəyərləndirərdiniz?
- Qeyd etmək yerinə düşər ki, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Ötən səkkiz ilin nəticələri və yekunları bir daha sübut edir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl surətdə davam etməkdədir. Göz önündədir ki, ölkəmizdə sosial rifah da günü-gündən artır. Bunu aktiv gənc kimi mən də sezə bilirəm. Ümummilli tərəqqini təmin edən bir faktor olaraq sosial siyasətin aktual tələbatlara və müasir reallıqlara müvafiq surətdə uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədləri reallaşdırıb. Digər tərəfdən, sosial siyasətin əsas komponenti olan iqtisadi inkişafın təmin edilməsi bütövlükdə sosial-iqtisadi tərəqqinin sürətlənməsini şərtləndirən amil olub. Belə ki, valyuta ehtiyatlarının və investisiya qoyuluşunun daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına əlverişli şəraitin yaradılması, sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi diqqətin göstərilməsi kimi amillər iqtisadi inkişafa xüsusi təkan verib. Məhz bunun qanunauyğun nəticəsidir ki, yüksək iqtisadi inkişaf digər sahələrin də paralel surətdə tərəqqisini təmin edib.
-Bəs Azərbaycanın dünyadakı mövqeyini, beynəlxalq uğurlarımızı aktiv gənc kimi necə xarakterizə edərdiniz?
-Ölkəmizdə aparılan balanslaşdırılmış siyasət və həyata keçirilən islahatlar regionların sosial-iqtisadi inkişaf dinamikasını daha da sürətləndirir. Bu reallıq həm cəmiyyətimiz, həm də nüfuzlu beynəlxalq qurumlar tərəfindən də qəbul edilir. Artıq Azərbaycan özünü dünya birliyində inkişaf etmiş, suveren və müstəqil dövlət kimi tanıdıb. Prezident İlham Əliyev də ölkəmizin inkişaf dinamikası və beynəlxalq aləmə inteqrasiyası məsələsinə münasibət bildirərkən demişdi: “Biz artıq özümüzü çox gözəl sərmayə mühiti olan ölkə kimi tanıtmışıq. Azərbaycana birbaşa xarici sərmayə axını hər hansı MDB ölkəsindən daha yüksəkdir. İqtisadiyyatın rəqabətədavamlılığı da artmaqdadır. Davos İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə qərarlaşır. Bu, bizim üçün çox mühüm nailiyyətdir. Belə ki, bu, bizim apardığımız şaxələndirmə siyasətinin artıq bəhrə verdiyini sübut edir”.
- Gənclər bu gün sosial şəbəkələrdə çox aktivdirlər, əksəriyyəti vaxtının çoxunu sosial şəbəkələrdə keçirir. Bəs siz necə, sosial şəbəkələrdə aktivsinizmi və burada ən çox hansı mövzulara maraq göstərirsiniz?
-Artıq bir neçə ildir ki, gənclərimiz arasında güclü sosiallaşma gedir, burada da sosial şəbəkələrin rolu böyükdür. Bəli, mən də sosial şəbəkələrdə çox aktivəm. Demək olar ki, işlərimin yarıdan çoxunu “Facebook” vasitəsilə yerinə yetirirəm. Bir çox təlimlərimin elanını məhz sosial şəbəkələr vasitəsilə yayıram, mövzular yazıram, öz ixtisasım barədə əlavə məlumatları oxuyub tərcümə edirəm və dünya faktları, tarix haqqında maraqlı məlumatlar əldə edirəm. Sosial şəbəkələrdən müxtəlif cür istifadə etmək olar. Bunun müsbət və mənfi tərəfləri var.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info