“Bilmək olmur ermənilərin xəstə ideologiyası haradan qaynaqlanır?“
Tarix: 22.04.2015 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


"Erməni terroru o qədər qloballaşıb ki, artıq dünyada təkcə tarixçilərin, siyasətçilərin, hüquqşünasların deyil, digər sahədən olan insanların da diqqətini cəlb edib". Bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Oleq Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabının təqdimat mərasimində deyib.
Z.Əsgərov bildirib ki, erməni terrorunun kökündə xəstə bir ideologiya durur - "dənizdən dənizə Ermənistan yaratmaq": "Onların dənizlə heç bir əlaqələri yoxdur. Bilmək olmur onların bu xəstə ideologiyası haradan qaynaqlanır?"
Vitse-spiker qeyd edib ki, ermənilərin bu xəstə ideologiyasının əsasında yalnız öldürmək, baş kəsmək durur.
Z.Əsgərov vurğulayıb ki, Ermənistan tarixən Azərbaycana məxsus olmuş torpaqları güc yolu ilə işğal etməyə çalışır: "Bunun üçün ermənilər Azərbaycanda terror aktları törətməyə başladılar. İndiyə qədər Azərbaycana qarşı 30-dan artıq terror aktları törədilib. Bu onu göstərir ki, ermənilər hələ də bu çirkin əməllərindən əl çəkməyiblər".
Z.Əsgərov dünyada ikili standartların hökm sürdüyünü qeyd edərək bildirib ki, beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmir. O qeyd edib ki, beynəlxalq təşkilatlar və Avropa dövlətləri Ukrayna hadisələrilə bağlı dərhal hərəkətə keçsələr də, Dağlıq Qarabağ münaqişəsilə bağlı bu addımı atmırlar: "20 ildən artıqdır ki, Azərbaycan torpaqları erməni işğalı altındadır, BMT-nin torpaqların azad edilməsi ilə bağlı qətnamələri yerinə yetirilməyib".
Z.Əsgərov bildirib ki, ermənilərin cəza almaması, bu cəzasızlıq şəraiti ermənilərin indiyə qədər belə terror hadisələri törətməsinə səbəb olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info