“Ermənilərin Azərbaycana qarşı törətdiyi terror hadisələri ilə bağlı 32 cinayət işinin istintaqı yekunlaşıb”
Tarix: 22.04.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


"Ermənilərin Azərbaycana qarşı törətdiyi terror hadisələri ilə bağlı 32 cinayət işinin istintaqı yekunlaşıb". Bu barədə Baş Prokurorun birinci müavini Rüstəm Usubov Strateji Araşdırmalar Mərkəzində Oleq Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabının təqdimat mərasimində deyib.
R.Usubov qeyd edib ki, Azərbaycan ötən əsrin 80-ci illərindən başlayaraq hiyləgər erməni terrorizmi ilə üz-üzə qalıb: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayonun işğalı zamanı vahimə yaratmaq, kütləvi insan tələfatına nail olmaq məqsədilə Ermənistan xüsusi xidmət orqanları hərbi əməliyyatların keçdiyi ərazilərdən xeyli uzaqda dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə çoxlu sayda terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub".
R.Usubov vurğulayıb ki, ermənilərin Azərbaycan ərazisində törətdiyi terror aktlarının ərazisi çox genişdir: "Bunu aydın görmək üçün təkcə XX əsrin sonlarında baş verən terror faktlarına nəzər salmaq kifayətdir. Ermənistan hərbi təcavüzlə yanaşı, Azərbaycanın mülki əhalisinə qarşı da geniş terror aktlarından istifadə edib. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatıb".
R.Usubov bildirib ki, bütün bu cinayətlərin əsas təşkilatçıları və rəhbərləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı prezidenti Serj Sarkisyan olub. R.Usubov vurğulayıb ki, bütün bu terror hadisələri ilə bağlı cinayət işlərinin istintaqı aktiv şəkildə davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info