“Avropa QHT-ləri niyə bir dəfə Xocalı soyqırımı haqqında bəyanat vermirlər?”
Tarix: 22.04.2015 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


"Biz bu sınaqlardan çox çıxmışıq, əslində bundan da narahat olmağa heç bir əsas yoxdur". Bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirərkən deyib.
Z.Əsgərov qeyd edib ki, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində də bəzi xarici mətbuat, bəzi QHT-lər və sapı özümüzdən olan baltalar çox çalışdılar ki, bu yarışmaya kölgə salsınlar, Azərbaycanın imicinə xələr gətirsinlər, amma heç nə alınmadı: "İndi yenə başlayıblar, eyni sözlər deyilir, heç bir mənası, mənəvi, siyasi, hüquqi əsası olmayan bəyanatlar verilir. Amma Azərbaycanın inkişafı göz qabağındadır, biz ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırıq və bu Oyunları çox yüksək səviyyədə keçirəcəyik".
Z.Əsgərov sual edib ki, bəzi Avropa QHT-ləri, özlərini insan haqlarının müdafiəçiləri adlandıran şəxslər niyə bir dəfə Xocalı soyqırımı haqqında bir bəyanat vermirlər?: "Ermənilər Azərbaycan ərazisində 30-dan artıq terror aktı törədiblər, niyə həmin şəxslər bu barədə danışmırlar? Niyə Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü haqqında danışmırlar? Amma hansısa bir cinayətkar haqqında tez əldə bayraq tuturlar. Görün burada nə qədər ikili, üçlü standartlar var. Hər bir Azərbaycan vətəndaşı belə təxribatlara qarşı ayıq-sayıq olmalıdır".




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Tural Gəncəliyev Avropa İttifaqı təmsilçilərilə görüşüb
24.01.2019
Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info