Yeni yol ötürücüləri sürücülərin ixtiyarına verilib
Tarix: 22.04.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yeni yol ötürücülərinin inşası yekunlaşıb. Artıq yol ötürücüləri sürücülərin ixtiyarına verilib. Bununla da həmin ərazidə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin edilib.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində göstərilən yolun 9-cu km-də yerləşən mövcud yol ötürücüləri sökülərək yerində müasir tipli yol ötürücülərin inşasına başlanılıb. Sovet dövründə inşa olunan yol ötürücülərdən fərqli olaraq 399.1 metr uzunluğundakı yeni tikilən müasir yol ötürücüləri 5 aşırımdan ibarətdir. 1-ci körpünün uzunluğu 109.6, eni 15.5 metr, 2-ci körpünün uzunluğu 105.1, eni 13.5 metr, 3-cü körpünün uzunluğu105.1, eni 16.0 metr, 4-cü körpünün uzunluğu 39.3, eni 13.0 metr, 5-ci körpünün uzunluğu 40.0, eni isə 15.0 metrdir. Bundan əlavə həmin ərazidə 995 metr uzunluğunda istinad divarları inşa edilib, yan yolun genişləndirilməsi işləri də həyata keçirilib. Yan yolun ümumi uzunluğu 2345 metr, eni isə 14.75 metrdir.
Qeyd edək ki, sonuncu aşırımın alt hissəsindən əks tərəfə nəqliyyat vasitələrinin keçidi təmin etmək üçün yeni yol hissəsi də inşa edilir. Bu yolun aprel ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info