BMT eksperti: “Avropa insan qaçaqmalçılığı bazarı yaradır”
Tarix: 22.04.2015 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


François Krepeau: “Varlı Avropa ölkələri gəmi ilə suda batmalara son qoymaq üçün bir milyon qaçqını qəbul etməlidir”

“Avropa bu məsələdə fəaliyyətsizdir”


Böyük Britaniyanın “The Guardian” media qurumu bu dəfə də “ərəb baharı” nəticəsində ölkələrindən didərgin düşən miqrantların kütləvi sayda Aralıq dənizində boğulmaları məsələsinə diqqət yetirib. Qeyd edilir ki, varlı ölkələr Suriyadan olan bir milyon nəfər qaçqını qarşıdakı beş ildə qəbul etmək üçün hərtərəfli düşünülmüş plan üzərində razılığa gəlməlidirlər. Bununla Aralıq dənizində gəmi aşması nəticəsində baş verən ardıcıl tələfatların qarşısını almaq mümkündür. Qeyd edək ki, bu barədə BMT-nin miqrantların insan haqları üzrə xüsusi məruzəçisi François Krepeau bildirib. O, “The Guradian”a müsahibəsində deyib ki, Avropa Suriyada yaşaya bilməyib ona pənah aparanlara görə insan qaçaqmalçılığı bazarı yaratmaqdadır: “Biz bilirik ki, çoxlu sayda suriyalılar Avropa ölkələrinə axın edirlər və əgər biz onların fəaliyyətini təmin edən rəsmi mexanizm düşünməsək, onlar qaçaqmalçılara sığınacaqlar. Avropanın bu məsələdə fəaliyyətsizliyi həqiqətən də insan qaçaqmalçıları üçün bazar yaradır. Buna görə də biz kollektiv şəkildə bir milyon suriyalını beş il ərzində yerləşdirməliyik. Böyük Britaniya kimi ölkələr üçün təxminən 14 min miqrantın 5 il ərzində qəbul edilməsi normal olardı. Kanada üçün bu rəqəm 9 min, Avstraliya üçün 5 mindir. Biz bunu həyata keçirə bilərik”.
O qeyd edib ki, Avropa və Qərb sözügedən miqrantlar barədə siyasətini dəyişməlidir, yoxsa bu qaçqınlar və onların uşaqları üçün köçdükləri ölkələrdə heç bir gələcək yoxdur. Onun fikrincə, düşünülən plan suriyalı, həmçinin eritreyalı və sair ölkələrdən olan qaçqınlara İstanbul, Əmman və Beyrut kimi şəhərlərdən Avropaya gəlmək üçün müraciət etməyə imkan yaratmalıdır.

İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info