Ermənilərin böyük yalanı Qafqaz Universitetində müzakirə olunub
Tarix: 22.04.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Heydər Əliyev İrsini Araşdırmalar Mərkəzi, Qafqaz Universiteti və “1905.az” Diskusiya Klubu birlikdə “Böyük yalanın 100 illiyi”nə həsr olunmuş dəyirmi masa keçirilib. Qafqaz Universitetində baş tutan tədbirdə təşkilatçılarla yanaşı görkəmli tarixçi alimlər, elmi-tədqiqat mərkəzlərinin rəhbərləri iştirak ediblər. Dəyirmi masanın aparıcısı Qafqaz Universiteti “Qarabağ araşdırmaları mərkəzinin“ rəhbəri dosent Bilal Dədəyev tədbirin önəmindən danışaraq qeyd edib ki, dəyirmi masada Böyük yalan tarixinin arxa planı və bu yalanın 100 ildir ayaq tutub yeriməsi səbəbləri mövzusunda müzakirələr aparılacaq.
Müzakirələrə başlamazdan əvvəl o, Azərbaycan hökumətinin bu sahədə apardığı uğurlu siyasətdən və ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında “ 26 mart 1998-cı il fərmanının əhəmiyyətindən danışıb. Dəyirmi masa iştirakçıları da qeyd edib ki, bu fərmandan sonra xarici ölkələrdə diaspora fəaliyyətimzin də əsas istiqamətlərindən biri elə bu yalanın ifşa olunması və həqiqətin dünya ictimaiyyətinə çatdırılması olub.
“Azərbaycan və Şərqi Anadolunun türk – müsəlman əhalisinin soyqırımı” mövzusunda keçirilən 2-ci Beynəlxalq elmi konfransın iştirakşılarına Prezident İlham Əliyevin məruzəsinə də nəzər salınıb: “Azərbaycan xalqı son 100 ildə dəfələrlə amansız təcavüzün qurbanı olub, qırğınlara, deportasiya və etnik təmizləmələrə məruz qalıb. Hər bir humanitar faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə halların qarşısının alınmasına həlledici təsir göstərə bilər. Qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə xalqlar arasında əlaqələrin güclənməsi universal bəşəri dəyərlərə hörmətlə yanaşmağı tələb edir. Belə şəraitdə Azərbaycanda olduğu kimi humanitar əməkdaşlığın, sivilizasiyalararası dialoqun və multikulturalizm ənənələrinin təşviq edilməsi, milli və dini tolerantlıq mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi zəruridir “.
Alimlər vurğulayıblar ki, türk xalqları humanist, yüksək insani keyfiyyətə malikdir. Prezidentin çıxışlarından gətirilən sitatlardan da aydın görmək olur ki, biz sülh sevər xalqıq. Biz soyqırım törədən yox, soyqırıma məruz qalan xalq olmuşuq.
“1905.az” saytının baş redaktoru Fuad Babayev də rəhbərlik etdiyi saytın bu mövzuda gördüyü işlər haqda məlumat verib. Görkəmli tarixçi alim Vidadi Umudlu son illər arxiv sənədlərinin üzə çıxmasının da bu yalanı ifşa etdiyini bildirib. Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov müzakirələrdə Böyük yalanda göstərilən soyqırıma məruz qalan erməni sayının heç bir hesaba uyğun gəlmədiyini deyib, demoqrafik baxımdan da göstərilən rəqəmlərin nə qədər saxta olduğunu qeyd edib.
Aktiv keçən müzakirədə alimlər o nəticəyə gəliblər ki, bu məsələlərin aydınlığa çıxması üçün arxivlər açılmalı, tarixçilər bu işlə məşğul olmalıdırlar.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info