Şəmkirdə “ Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirilib
Tarix: 22.04.2015 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


YAP Şəmkir rayon təşkilatı Aparatı binasının akt zalında“ Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı Aparatının işçiləri ilə yanaşı İdarə, müəssisə, təşkilat rəhbərləri, işçiləri o cümlədən fəal YAP üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi xidmətlər barədə saatlarla, günlərlə, aylarla, illərlə danışmaq mümkündür: “Xalqımız 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdiyi ilk günlərdə ölkəmiz böyük tarixi sınaqlarla üzləşdi. Belə şəraitdə 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev çox ağır, lakin şərəfli bir vəzifəni öhdəsinə götürərək xalqımızı, dövlətimiz i məhv olmaq təhlükəsindən xilas etdi. Bundan sonra ölkəmiz inkişaf yolunda addımlamağa başladı. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanımızın inkişaf sükani Heydər Əliyev siyasətinin davamçısı, uzaqgörən Prezidentimiz İlham Əliyevin əlindədir”.
F.Vəliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev ideyalarına söykənən Azərbaycan bu gün sürətlə inkişaf edir: “Son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçməsi,dünyada iqtisadi artımın sürətinə görə liderliyi ələ alması Prezident İlham Əliyevin səyləri, eyni zamanda ulu ondər Heydər Əliyevin ideyalarına istinad etməsi ilə əlaqədardır”.
YAP Şəmkir rayon təşkilatı Aparatının Təlimatçısı İlkin Musayev ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı qeyd edib ki, Azərbaycanın son 40 illik inkişafı birbaşa onun adı və ideyaları ilə bağlıdır: “Müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də Heydər Əliyevin xidmətlərinin nəticəsidir”.
İ.Musayev olkəmizin tərəqqisi, müasirləşməsi, Azərbaycanın bütün regionlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması ulu öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin xalq tərəfindən dəstəklənməsinin bariz ifadəsidir.
Çıxış edən Şəmkir rayon Mərkəzi xəstəxanası Baş həkimin müavini, Səhiyyə işçiləri ilk partiya təşkilatının sədri Abdulla Rzayev qeyd edib ki, Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında inkişaf edib, böyük tərəqqi yoluna çıxıb. Eyni zamanda bu gün, yaşadığımız XXI əsrin özündə də ölkəmizin inkişafının əsasında Heydər Əliyevin ideyaları, Onun zənğin irsi dayanır. Azərbaycan vətəndaşları bu həqiqəti etiraf edirlər ki, ölkənin tərəqqisi, inkişafı, dünya birliyində özünə layiqli yer tutması mövqelərini möhkəmləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Çıxış edən Şəmkir şəhər Poliklinikasının Baş həkimi eyni zamandada ilk partiya təşkilatının sədri Arif Sadıqov bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli liderin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs etdi, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.
Sonda çıxış edənlər Şəmkir rayon Gigiyena və Epidemologiya mərkəzinin müdiri, ilk partiya təşkilatının sədri Sahib Sadıqov, Şəmkir rayon Dövlət Sosial Müdafiə Fondu ilk partiya təşkilatının sədri Fərid Səfərov, Şəmkir rayon Tadix Diyarşünaslıq muzeyinin elmi işçisi İltimas İsmayılova qeyd ediblər ki, Heydər Əliyevin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.
Ulu öndərin əsasını qoyduğu uğurlu sosial-iqtisadi siyasətin hazırda dövlətimizin başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı, sosial-iqtisadi sahədə, regionların iqtisadi inkişafında böyük irəliləyişlərə nail olunduğu xüsusi vurğulayıblar.


Fuad













 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info