Erməni saxtakarlığını ifşa edən əsər Azərbaycan dilində
Tarix: 22.04.2015 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Dillər Universitetində fransız dilindən Azərbaycan dilinə tərcümə olunmuş “1915-ci il erməni faciəsi” adlı kitabın təqdimatı olmuşdur. 1988-ci ildə Parisdə nəşr olunmuş kitabın müəllifi Fransa tarixçisi və hüquqşünası Jorj dö Malevil olub. Azərbaycan dilində yenicə çapdan çıxmış və bu gün geniş oxucu kütləsinə təqdim olunan əsər ana dilimizə millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev tərəfindən tərcümə edilib.
Universitetin geniş akt zalında təşkil olunmuş təqdimat mərasimində Milli məclisin üzvləri - tarix elmləri doktoru Musa Qasımlı, Fuad Muradov, Çingiz Qənizadə, Arif Əşrəfov, dünya şöhrətli yazıçmız Çingiz Abdullayev, Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov, çoxsaylı jurnalistlər, alimlər və tələbələr iştirak etmişlər. Fransa Respublikasının ölkəmizdəki səfiri Paskal Mönye və Türkiyə səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Əhməd Arslan da tədbirdə iştirak etmiş və çıxışlar etmişlər.
Çıxış edənlər əsərin tarixi və elmi əhəmiyyətini vurğulamaqla yanaşı, Çanaqqala zəfərinin 100 illiyi ərəfəsində həmin dövrün hadisələrinə həsr olunmuş qiymətli bir tədqiqat əsərinin tərcüməsini Azərbaycan dilində nəşr etdirdiyinə görə tərcüməçi, millət vəkili Cavanşir Feyziyevə öz minnətdarlıqlarını bildirmişlər.
Tərcüməçi Cavanşir Feyziyev öz çıxışında xarici dillərdə mövcud olan ədəbiyyat mənbələrinin ölkəmizdə elmi dövriyyəyə cəlb olunmasının zəruri olduğunu qeyd etmiş və bu baxımdan, dünyanın müxtəlif ölkələrində nəşr olunmuş elmi-publisistik ədəbiyyatın dilimizə tərcümə olunaraq geniş oxucu auditoriyasına çatdırılmasını faydalı və səmərəli hesab etdiyini bildirmişdir. Kitabın məzmunu haqqında ətraflı məlumat verən millət vəkili əsərin məzmunu haqqında aşağıdakıları dedi:
“... Uzun illər ərzində həm tarixi, həm də hüquqi aspektdə aparılmış tədqiqat işlərinin nəticəsi kimi ərsəyə gəlmiş bu əsərdə müəllif 1915-ci ildə Şərqi Anadoluda və Qafgazlarda baş verən hadisələri həmin dövrün qlobal siyasi-hərbi mənzərəsi kontekstində araşdırmış, həmin hadisələri doğuran səbəbləri, baş vermiş hadisələrin nəticələrini ətraflı şəkildə təsvir və təhlil etmişdir. Bu məqsədlə əsərin başlanğıcında müasir Türkiyənin, eləcə də Ermənistan və Azərbaycanın da daxil olduğu Zaqafqaziya ərazilərinin qədim dövrlərdən XX əsrə qədərki tarixi qısaca şərh edilir, 1-ci Dünya müharibəsinin səbəbləri, gedişatı və nəticələri təqdim edilir və bütün bu hadisələrin fonunda həmin dövrdə Osmanlı İmperiyasının durumu – daxili və xarici siyasəti, o cümlədən haqqında 100 ildir ki, danışılan erməni-türk münaqişəsinə münasibət bildirilir. Müəllifin özünün təbirincə, bu əsər 1915-ci ildə Şərqi Anadoluda baş vermiş hadisələrə müstəqil bir müşahidəçinin obyektiv dəyərləndirməsini özündə əks etdirir. Uzun illər dünyanın müxtəlif ölkələrindəki arxiv sənədləri üzərində işləmiş Jorj dö Malevil ermənilərin iddia etdikləri saxta “soyqırımı”nın heç bir sənədlə sübut oluna bilmədiyini və 1915-ci ilin aprel-may aylarında Osmanlının şərq sərhədləri boyunca yaşayan ermənilərin kütləvi şəkildə köçürülməsinin 1-ci dünya müharibəsinin yaratdığı zərurətdən irəli gəldiyini və belə bir qərarın tamamilə təbii və qanunuyğun olduğunu təsdiqləyir. Müəllif uydurma “soyqırımı” iddialarında erməniləri dəstəkləyən Avropa ölkələrinin, o cümlədən Fransanın siyasətini təkzibolunmaz arqumentlərlə tənqid edir, Türkiyəyə və bütün türk dünyasına qarşı yönəlmiş bu siyasətin motivlərini açıqlayır, bu yanaşmanın ədalətsiz və qərəzli olduğunu cəsarətlə qeyd edir. Kitabda ermənilərin müxtəlif hərbi-siyasi şəraitlərdə təbəəsi olduqları dövlətə xəyanət etdikləri və onların heç bir vəchlə haqq qazandırıla bilməyən siyasi terrorçuluq fəaliyyəti pislənilir, erməni yalanlarına inanaraq onlara dəstək verən avropalı alimlərə və siyasətçilərə qərəzli yanaşmadan çəkinmək çağırışı edilir...”
Əsərin mövzusu nə qədər mürəkkəb görünsə də, istifadə olunan dil və üslub sadəliyi onu hər bir oxucu üçün maraqlı və oxunaqlı edir. Bu gün saxta “erməni soyqırımı” ətrafında gedən spekulyativ müzakirələrin və mübahisələrin fonunda “1915-ci il erməni faciəsi” kitabı oxucular üçün geniş elmi-kütləvi və informativ mənbə rolunu oynayır və yaxın günlərdən etibarən şəhərin kitab şatışı şəbəkələrində yayımlanacaq.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info