Ə.Mehdiyev: “Papanın bəyanatı və Avropa Parlamentinin qərarı həqiqəti təhrif edir, qərəzli yanaşmanı ortaya qoyur“
Tarix: 22.04.2015 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


“Bu gün dünya birliyində özünün layiqli yerini tutan Türkiyə vaxtilə üz-üzə dayandığı dövlətlərlə bir sırada durur, eyni dəyərləri bölüşür, demokratik cəmiyyət qurur, birgə yaşayış prinsiplərinə, əməkdaşlıq prinsiplərinə söykənərək bugünkü dünyanın daha azad, sərbəst, sülhsevər olması uğrunda öz siyasi xəttini həyata keçirir. Buna baxmayaraq, təəssüf ki, o zaman türk dünyasına, dövlətinə qarşı birləşərək onu boğmağa çalışan müəyyən dövlətlər bu gün də anti-türk, anti-müsəlman ruhundan qidalanaraq ikili standartları həyata keçirməyə çalışır”.
Bunu Prezident Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Heydər Əliyev Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala – 100” adlı elmi konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu standartlar çərçivəsində bugünkü dünya nizamını müəyyənləşdirmək üçün addımlar atılır. Ə. Mehdiyev qeyd edib ki, səlib yürüşünün təşəbbüskarları, icraçıları bu gün də öz məkrli siyasətindən əl çəkmir. Onun sözlərinə görə, qondarma "erməni soyqırımı" məsələsini iddia kimi əlində bayraq edərək Türkiyəyə, onun yaxın dövlətlərə, o cümlədən Azərbaycana təzyiq göstərməyə çalışırlar: “İstər Papanın bəyanatı, istərsə də Avropa Parlamentinin qərarı Türkiyənin, Azərbaycanın maraqlarına qarşı yönəlib, həqiqəti təhrif edir, saxtalaşdırır, qərəzli yanaşmanı ortaya qoyur. Ona görə də Azərbaycanda bu ikili standartlara, tarixin bu cür saxtalaşdırılmasına qarşı mövqe ifadə olunur. Müasir dövrdə birgə tarixi araşdırmaların aparılması zəruridir. Azərbaycan və Türkiyə tarixçilərinin bu məsələlərə yenidən baxması, yeni sənədlər, mənbələr əsasında tarixi həqiqətləri aşkarlaması ,onun ölkələrimizdə işıqlandırılması və dünya ölkələri qarşısında nümayiş etdirilməsi bu gün qarşımızda duran əsas vəzifələrdən biridir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info