Avropa Oyunlarında yarışacaq niderlandlı velosipedçilər
Tarix: 22.04.2015 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Velosiped üzrə Niderland milli komandasının məşqçisi Johan Lammerts “Bakı-2015” ilk Avropa Oyunlarında velosiped idmanının şose növündə yarışacaq 12 idmançının adını açıqlayıb.
“Bakı-2015”in saytı xəbər verir ki, qadınlardan ibarət komandanın əsas ulduzu olan Olimpiya çempionu (2012-ci il) Marianne Vos şose velosipedi yarışı üzrə üç dəfə dünya və iki dəfə Avropa birinciliyinin qalibi olub. Digər beş qadın velosipedçi - Çantal Blaak, Lusinda Brand, Anna van der Breqqan, Ellen van Diyk və Annemiek van Vleutendir. E.Diyk və A.Vleuten “Bakı-2015”də şose velosipedi yarışında mübarizə aparacaqlar. İki dəfə Avropa çempionu olan 28 yaşlı E.Diyk 2013-cü ildə dünya birincisi olub. Kişilərdən ibarət komanda da Azərbaycanda güclü heyətlə təmsil olunacaq. Heyətə şose velosipedi üzrə iki dəfə dünya çempionu və 2014-cü il “Paris-Raubaix Monument” yürüşünün qalibi olan Niki Terpstra daxildir. N.Terpstra “Flandriya” turunda ikinci yerlə kifayətlənmişdi. N.Terpstradan başqa, yarışda Matyu van der Poel, Pim Liqthart, Vouter Vippert və Nik van der Liyke və Stef Klement də mübarizə aparacaqlar. Məşqçi J.Lammerts bildirib ki, Avropa Oyunları “Rio 2016” Yay Olimpiya Oyunlarına yaxşı hazırlıq yarışlarıdır. Biz həm qadınlardan, həm də kişilərdən ibarət komanda ilə Bakıya gedirik. Niderland komandasının “Bakı-2015” üçün şef-demissionu Jeroen Bijl komandanın tərkibindən məmnunluğunu bildirərək deyib: “Hər iki komanda çox güclüdür. Bu, idmançıların və məşqçilərin Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını göstərir”. Niderlandın Milli Olimpiya Komitəsi Bakıda velosipedin BMX növündə yarışacaq idmançıların adlarını yaxın günlərdə açıqlayacaq. Dağ velosipedi üzrə mübarizədə isə indiyədək Miçiel van der Heijden təsdiqlənib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info