“Yarımfinalda dayanmaq bizim üçün uğursuz nəticə olar”
Tarix: 22.04.2015 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


“İlk oyunda qeydə alınan nəticə bizim xeyrimizə idi. Odur ki, cavab matçına rahat başladıq. Çoxlu qol vəziyyətləri yaratdıq. Bir daha təsdiq olundu ki, “Barselona” Avropanın ən aparıcı klublarından biridi”.
Bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike deyib. Çempionlar Liqasının 1/ 4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Barselona” - PSJ (2:0) matçından sonra fikirlərini bölüşən Enrike maraqlı fikirlər səsləndirib. O, finala adlamaq və çempion olmaq barədə düşündüklərini qeyd edib: “Yarımfinalda dayanmaq bizim üçün uğursuz nəticə olar. Sona qədər irəliləmək və kubokun qalibi olmaq fikrindəyik. “Barselona” risk etməkdən qorxmur. Komandanın hücum potensialı çox böyükdür. Bunu PSJ ilə oyunlarda da isbatladıq”. Qeyd edək ki, “Barselona” klubunun futbolçusu Xavi 3 yeni rekorda imza atıb. PSJ ilə cavab oyunu yarımmüdafiəçi üçün avrokuboklarda 170-ci, qitənin ən nüfuzlu klub turnirində 148-ci, yarışın pley-off mərhələsində 53-cü oyun olub. Bu göstəricilərin hər üçü mütləq rekorddur. “Barselona” tarixində 11-ci dəfə yarımfinala yüksəlib. Bu da 1992/93 mövsümündən Çempionlar Liqası adlanan yarışın yeni rekordudur. Digər klublardan heç biri bu qədər yarımfinal həyəcanı yaşamayıb. Bu matç kataloniyalıların baş məşqçisi Luis Enrike üçün postunda 50-ci oyun olub. Bu matçlarda “Barselona” 42 qələbə qazanıb. Bu da klub tarixinin rekordudur. İndiyədək heç bir məşqçi ilk 50 oyununda bu qədər qələbə qazanmayıb. Elenio Errera ilk 50 matçda 40, Xosep Qvardiola 37 dəfə qələbəyə sevinmişdi. Xatırladaq ki, PSJ-ni məğlub edən "Barselona" yarımfinala vəsiqə qazanıb. Digər oyunda "Bavariya" evdə "Portu"nu sınağa çəkib. Səfərdə gözlənilmədən rəqibinə 1:3 hesabı ilə uduzan Münhen təmsilçisi həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb - 6:1. Beləliklə Pep Qvardiolanın komandası da yarımfinala yüksəlib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info