Abant İzzət Baysal Universitetinin nümayəndə heyəti universitetdə
Tarix: 22.04.2015 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Türkiyə Cümhuriyyətinin Abant İzzət Baysal Universitetinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlığın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!” ideyası altında daha da möhkəmlənməsindən danışıb. Bu əlaqələrin inkişafında elm, təhsil müəssisələri arasında tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan rektor qeyd edib ki, dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Universitet qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan, Ərzurum universitetləri ilə elm, təhsil, mədəniyyət, idman sahəsində əməkdaşlığa malikdir. Naxçıvan Dövlət Universiteti Türkiyənin 40 ali məktəbi ilə birgə türk ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirmək məqsədi daşıyan Mövlana Mübadilə Proqramının iştirakçısıdır. Tibb fakültəsinin bir neçə tələbəsi artıq bu mübadilə proqramına əsasən ali təhsillərini Türkiyənin müxtəlif ali təhsil ocaqlarında davam etdirir.
Qonaqlardan Emine Eratay təmsil etdiyi universitet haqqında məlumat verərək qeyd edib ki, mərkəz kampusu Boludan 13 kilometr uzaqlıqda yerləşən Abant İzzət Baysal Universitetində 1000-ə yaxın təhsil işçisi, 900 ətrafında rəhbər işçi çalışır, 10 fakültə, institut, 5 yüksək məslək məktəbi fəaliyyət göstərir, 20.000-ə yaxın tələbə təhsil alır. Digər çıxış edənlər Naxçıvan və Naxçıvan Dövlət Universiteti haqqında xoş təəssüratlarını bölüşüblər. Sonra universitetlə tanışlıq olub. Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid universitetinin yaranma tarixi, strukturu haqqında qonaqlara məlumat verərək qeyd edib ki, 10 fakültə və 47 kafedranın, magistratura və xarici tələbələrlə iş üzrə dekanlıqların fəaliyyət göstərdiyi universitetdə hazırda 237 nəfəri xarici ölkə vətəndaşı olmaqla 5349 nəfər tələbə ali təhsil alır. Qonaqar müxtəlif fakültələrdə olub, tələbələrlə görüşüb tədris prosesi ilə tanış olublar.
Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri






 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info