Şura TİKA ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb
Tarix: 22.04.2015 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Şura sədri Azay Quliyev: "Saxta soyqırımı tanımaqla sanki Çanaqqala savaşındakı məğlubiyyətlərinin qisasını almağa
çalışırlar".


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə “Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi” (TİKA) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Mərasimdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Memorandumu Türkiyənin ən mühüm qurumlarından biri olan TİKA ilə vətəndaş cəmiyyəti sahəsində iş birliyini inkişaf etdirəcək xoş niyyətli, hər iki ölkənin milli maraqlarını nəzərə alan sənəd adlandırıb. Bir müddət öncə Şuranın TİKA ilə birgə əməkdaşlığının nəticəsi olaraq Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzinin açıldığını deyən Azay Quliyev imzalanacaq sənədlə iki qurum arasındakı münasibətlərin bundan sonra hüquqi xarakter alacağını və fəaliyyətlərin koordinasiya ediləcəyini vurğulayıb.
A.Quliyev Memorandumun Şuranın Türkiyənin dövlət qurumuyla imzaladığı ilk sənəd olduğunu və vətəndaş cəmiyyətinin inkişafına önəmli töhfələr verəcəyinə əmin olduğunu deyib. Şuranın və TİKA-nın xarici ölkələrdə müxtəlif istiqamətlər üzrə mühüm layihələrə dəstək verdiyini bildirən Azay Quliyev bu günki anlaşmayla imkanlarını daha da artırmış olacaqlarını qeyd edib.
Mərasimin Türkiyənin Çannaqala savaşındakı qələbəsinin 100-cü ildönümünə təsadüf etdiyini bildirən Şura sədri Azərbaycanın və bütün Türk dünyasının buna böyük önəm verdiyini qeyd edib. Türk millətinin Çanqqaladı zəfəri qanı, canı bahasına qazandığını bildirən Şura sədri bir sıra beynəlxalq təşkilatların saxta erməni soyqırımını tanımasını pisləyib: “Avropa Parlamentinin və bir sıra digər beynəlxalq qurumların Türkiyəni soyqırım törətməkdə ittiham etməsi, suçlu kimi göstərməyə çalışması onların 1915-ci ildə Çanaqqalada itirilmiş mövqelərinin kompensasiya cəhdidir. Saxta soyqırımı tanımaqla sanki Çanaqqala savaşındakı məğlubiyyətlərinin qisasını almağa çalışırlar. Bu cür qurumlar unutmamalıdırlar ki, o zaman orduları ilə Türkiyəni məğlub etməyi bacarmayanlar, hazırda hansısa kağız parçası ilə heç bir uğur qazana bilməzlər. Cənab prezident İlham Əliyev 24 apreldə Türkiyə xalqının zəfər günü mərasiminə qatılmaqla bir daha Azərbaycanın strateji müttəfiqinə, qardaş dövlətinə olan dəstəyini nümayiş etdirəcək”.
TİKA-nın Bakı proqram koordinatoru Mustafa Haşim Polat Türkiyəni soyqırımda suçlayanların dönüb Türk tarixinə baxmalarının lazım olduğunu deyib. Türkiyənin heç zaman kiməsə işgəncə vermədiyini, hətda birinci dünya savaşı zamanı ona qarşı vuruşan düşmən əsgərlərinə belə yüksək ehtiram göstərdiyini bildirən Mustafa Haşim Polat zəngin sülh, barış mədəniyyətinə sahib olduqlarını qeyd edib. Hazırki dövrdə yalnız dövlətlərin deyil xalqların da üzərinə böyük yük düşdüyünü deyən TİKA proqram koordinatoru bu missiyanı QHT-lərin yerinə yetirməli olduğunu bildirib. M.Haşim Polat Şura ilə imzalayacaqları sənədin mühüm sahələrdə güc birliyinə səbəb olacağına əminliyini vurğulayıb.
Sonda iki qurum arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb və yaxın zamanlarda sənəddəki müddəaların icrasıyla bağlı birgə işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə edilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Prezident Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
26.03.2019
Şahbuzda çoxmərtəbəli yaşayış binası inşa olunur
26.03.2019
Bayramdan sonra ilk iş gününün havası: yağmursuz, küləkli
26.03.2019
Qubanın Qırız kəndinə 20 santimetr qar yağıb
25.03.2019
Culfada yeni meyvə bağları salınır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info