Yunusların həbsi niyə məhz bu ərəfədə Mujineksin “yadına düşüb”?
Tarix: 23.04.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Yaxud latviyalı komissarın antiazərbaycan və erməni dairələrlə hələ sovetlər dönəmində yaranan işbirliyi barəsində
nələr bilirik?

Azərbaycan 1993-cü ildən bəri intibah və rifaha dayanan suveren və müstəqil milli inkişaf yolu ilə inamla getməkdədir. Məhz bunun nəticəsidir ki, göstərilən tarixdən ötən müddət ərzində Azərbaycan dövlətinin sosial, iqtisadi, siyasi, mədəniyyət və sair sahələrdə əldə etdiyi uğur göstəriciləri inkişaf etmiş Qərb dövlətlərinin belə, müvafiq dövr ərzində əldə etdiyi uğurları üstələyib. Azərbaycan müstəqil milli inkişaf yolu ilə indiyə qədər bir çox Avropa dövlətlərinin əldə edə bilmədiyi uğurlara çox az vaxtda nail olub. Bu isə beynəlxalq arenada bəzi Qərb dövlətlərinin qısqanclıqlarına səbəb olub. Ona görə də bu gün biz bəzi Qərb diplomatlarının, eləcə də onların təsir etdiyi xarici qurumların nümayəndələrinin antiazərbaycan çıxışlarının şahidi olmaqdayıq.
Bu gün açıq-aşkar şəkildə hamıya bəllidir ki, məhz heç bir xarici faktor və dövlətin, supergücün asılılığına düşməyən, inkişaf xəttini özü müəyyənləşdirən dövlətlər bu cür dairələrin qısqanclıqlarına səbəb olmaqdadırlar. Həmin dairələr özləri üçün əlverişli saydıqları istənilən situasiyadan həmin müstəqil dövlətlərə qarşı yararlanmağa çalışırlar. Əksər hallarda isə bu cür dairələrin maraqları erməni lobbisinin maraqları ilə tam üst-üstə düşür. Bu isə bir daha həmin dairələrlə yaxınlığı olan istənilən tərəfin Azərbaycanın dövlətçiliyi və milli təhlükəsizliyi üçün çox zərərli olduğunu ortaya qoyur. Bu ərəfədə isə ölkəmiz yenə də həmin antiazərbaycan dairələrin diqqət mərkəzindədir. Belə ki, bu dəfə Avropa insan haqları komissarı Nils Mujineks Leyla və Arif Yunuslarla bağlı Avropa İnsan haqları məhkəməsinə müraciət edib.
Öncə bu adamın kimliyi barəsində arayış verməyə ehtiyac duyulur. Beləliklə,...

Nils Mujineks kimdir?
Bu şəxs ABŞ-da latış siyasi mühacirləri ailəsində dünyaya göz açıb. 1990-cı illərin əvvəllərində Baltikyanı ölkələri Rusiyadan tam qoparmaq üçün bütün rəhbər siyasi postlara mühacir ailələrində doğulmuş Amerika vətəndaşlarının gətirilməsi əməliyyatı zamanı o da Latviyaya göndərilib. O, ölkəsində bir sıra postlarda təmsil olunub. 2010-2012-ci ildə Avropa Şurasının İrqçilik və dözümsüzlük əleyhinə komissiyasının rəhbəri, 2012-ci ildən Avropa Şurası İnsan haqları üzrə komissarıdır. Həmçinin 2005-ci ildən Latviyanı Avropa Şurasında təmsil edir. Azərbaycan əleyhinə ilk müraciətini də məhz o vaxt edib. 2012, 2013, 2014-cü illərdə Azərbaycana 3 dəfə səfər edib. Amma ərazimizin 20 faizinin Ermənistan sialhlı qüvvələri tərəfindən işğalı və bu işğal nəticəsində 1 milyondan artıq soydaşımızın ata-baba yurdundan didərgin düşməsi, AŞPA-da erməni nümayəndə heyətinin rəhbərinin, sonra da Ermənistan prezidentinin azərbaycanlılarla ermənilərin birgə yaşayışının irqi baxımdan mümkünsüzlüyü haqda nasist bəyanatı heç bu adamın vecinə də olmayıb. Halbuki adam İrqçilik və dözümsüzlük əleyhinə komissardır və ölkəmizlə bağlı qeyd edilənlər sırf onun bir komissar kimi baş qoşmalı olduğu iş idi. Amma əvəzində bu şəxs elə özünü ərsəyə gətirən dairələr tərəfindən ölkəmizdə “bəslədilən” Leyla Yunus kimi antiazərbaycan fəaliyyəti ilə məşğul olanlarla birgə fəaliyyət göstərib. Əslində bu, tamamilə təbiidir və Leyla Yunus kimi, onun da bir mərkəzdən sifariş aldığını, “məsləkdaş” olduğunu ortaya qoymuş olur. Beləliklə, onun rəhbərlik etdiyi Latviya İnsan hüquqları və Etnik Tədqiqatlar Mərkəzi Leyla Yunusun Sülh və Demokratiya İnstitutunun Qərb donorları ilə əsas əlaqələndiricilərindən biri olub. Hətta L.Yunusun institutundakı miqrasiya və konfliktologiya departamentinin(rəhbəri Arif Yunus) tədqiqatlarının adları belə N.Mujineksinin imzası ilə çap olunmuş tədqiqatların adları ilə eyniyyət təşkil edir. Bu barədə bütün faktlar ortadadır. Sanki bunlar eyni qələmdən çıxıb, fərqli işlədilən etnonimlərdir.
Ona görə də bu adam antiazərbaycan bəyanatlarında ölkəmizdə bütün “tərəfdaşlarının”(Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov) həbsdə olmasının ona “əzab verməsini” vurğulayır, beləliklə də, adıçəkilən şəxsləri müdafiə etməsinin səbəbinin “tərəfdaşlarını itirməmək” istəyindən irəli gəldiyini etiraf edir. Leyla Yunusun xalq diplomatiyasını təqdir edən Mujineks nə Latviyanın inteqrasiya naziri, nə də ümumavropa ombudsmanı olarkən öz ölkəsində əhalinin tən yarısını təşkil edən şəxslərin hüquqlarını müdafiə etməyi yadına salmayıb. Əksinə müsahibələrində Latviyanın rusdilli əhalisi haqda hələ də təhqiramiz “qeyri-vətəndaşlar”( rusca “neqrajdane”-qısa variantda “neqr”) ifadəsi işlədir. Xatırladaq ki, hüquqi nihilizmin təcəssümü olan bu ifadə 1940-cı ildən üzü bəri Latviyada məskunlaşmış şəxslərə şamil edilir. Halbuki 40-cı ildən sonrakı müddətdə Mujinekslər ailəsi ABŞ-a mühacirət edib vətəndaşlıq alıb, sonra yenidən Latviyaya qayıdıb siyasi post tutub. Nədənsə bu elementar hüquq “neqr” adlandırdıqları qeyri-latışlara münasibətdə tanınmır.

Latviyalı komissarı ermənilərə bağlayan
nələr var?

Qeyd etdiyimiz kimi, bu şəxsin düşmən erməni tərəfi ilə bağlılığına aid də yetərincə misal çəkmək olar. Məsələn, o, Türkiyədə erməni azlığı, Ermənistan və Türkiyə cəmiyyətlərinin barışması, Türkiyənin “soyqırımı”nı etiraf etməsi, sərhədlərin açılması, ermənilər və azərbaycanlılar arasında xalq diplomatiysı kimi məsələlərə aid onlarla çağırışlar edib. Həmçinin Mujineks Ermənistan və Türkiyənin 8 QHT-sinin iştirakı ilə həyata keçirilən “Erməni-türk münasibətlərinin normallaşdırılması” layihəsinin əsas dəstəkçilərindən biri olduğunu da etiraf edir. O, Ramil Səfərovun Azərbaycan ekstradasiya edilib azadlığa çıxmasına ən sərt reaksiya verib.
Xatırladaq ki, Sovetlər Birliyinin tənəzzülü müttəfiq respublikalarda xalq cəbhələrinin yaranması, antirus nümayişləri əksər hallarda pribaltikalı emissarların təşkilatçılılığı ilə baş tuturdu. Qarabağda ermənilərin separatçı hərəkatı da həmin emissarların yaxından qatqısı ilə SSRİ-ni dağıtmaq üçün fikirləşilmişdi. Baltikyanı ölkələrdə başlayan hərəkatla, Qarabağdakı separatçı hərəkat SSRİ-ni dağıtmaq üçün bir mərkəzdən koordinasiya edilirdi. Həmin vaxtlarda isə Leyla Yunus Baltikayanı ölkələrin emissarları ilə münasibətlər qurmuşdu, onların qeyri-formal mediasında o, əməlli-başlı təqdim edilirdi. Yaxud 1991-ci ildə Çaykəndin erməni silahlı qüvvələrindən azad edilməsinə etiraz əlaməti olaraq Azərbaycan və Ermənistan müxalifətinin “qardaşlaşması” da məhz Riqada baş tutmuşdu. Hazırda Dağlıq Qarabağ separatizminin başçıları indi Ermənistanda siyasi rəhbərlikdədir. Məntiqlə, onlar indi də Mujinekslə çox yaxındırlar. Bu isə onun antiazərbaycan mövqeyinə az təsir etməmiş deyil...
Xüsusilə qeyd edilməlidir ki, Leyla və Arif Yunuslar çoxdandır konkret cinayət əməllərinə görə həbsdədirlər. Onların məhz bu ərəfədə Mujineks tərəfindən qabardılması isə özlüyündə çox mətləbdən xəbər verir. Yuxarıda qeyd etdiyimiz kimi, qarşıdan “Bakı 2015” İlk Avropa Oyunları və ardınca da noyabrda parlament seçkiləri gəlir. Buna görə də dünyanın diqqəti daha çox Azərbaycana dikilib. Xüsusilə İlk Avropa Oyunlarının məhz Bakıda keçirilməsi bəzi Qərb dövlətlərinin, yaxud erməni lobbisinin aşırı qısqanclıq sərgiləməsinə səbəb olub. Belə bir halda, onlar ölkəmizin uğuruna qarşı hansısa “mız qoymaq” üçün hər şeydən yararlanmağa çalışırlar. Çoxdandır həbsdə olan Yunusların bu ərəfədə latviyalı MUJİ(ne)K(s) tərəfindən “yad olunması” da məhz bu nəhs niyyətə xidmət edir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info