Avropa Oyunlarına dəstək üçün Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılıb
Tarix: 23.04.2015 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Azərbaycanda "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılıb. Koalisiyanın yaradılması "Bakı-2015: Birinci Avropa Oyunlarına dəstək" mövzusunda keçirilən tədbirdə elan edilib.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəti Rufiz Qonaqov bildirib ki, Azərbaycan üçün əlamətdar olan bu oyunların keçirilməsinə hazırlıq tədbirləri yüksək səviyyədə həyata keçirilir: "Birinci Avropa Oyunları Təşkilat Komitəsinin gərgin əməyi sayəsində nəzərdə tutulmuş bütün işlər yüksək səviyyədə yerinə yetirilir. Təəssüf ki, ölkəmizin qazandığı uğurları gözü götürməyən, onun nüfuzunun artmasından narahat olan bəzi daxili və xarici qüvvələr Azərbaycana qarşı məqsədyönlü və qərəzli kampaniya təşkil etməklə Avropa Oyunlarının əhəmiyyətini azaltmağa çalışırlar. Bunları, eyni zamanda Avropa Oyunlarının ölkəmiz və Avropa ailəsi üçün sosial və mədəni əhəmiyyətini nəzərə alaraq, aparıcı qeyri-hökumət təşkilatları və media orqanları Bakıda Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşirik".

R.Qonaqov deyib ki, koalisiyanın əsas məqsədi Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyi təmin etməkdir: "Bu məqsədlə tarixdə ilk dəfə keçirilən belə bir idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulur. Koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, müasir infrastrukturun yaradılması, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişafi və demokratik dövlət quruculuğu sahəsindəki uğurları barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görəcək".
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə deyib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycan rəhbərinin siyasi iradəsinin nəticəsidir. Onun sözlərinə görə, bu oyunun Bakıda keçirilməsi barədə qərar verilərkən xalqımızın tolerantlığı, qonaqpərvərliyi də nəzərə alınıb. Lakin bəzi qüvvələrin Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı çıxmasına təəssüflənən A.Quliyev onlara qarşı mübarizədə mətbuatın da rolunu yüksək dəyərləndirib. Baş redaktor deyib ki, mətbuat əvvəllər olduğu kimi bundan sonra da Azərbaycana qarşı "qarayaxma kampaniyası"na tutarlı cavab verəcək və birgə mübarizəsini davam etdirəcək. A.Quliyev bildirib ki, koalisiya Avropa Oyunlarının yaratdığı fürsətdən istifadə edərək Azərbaycanın milli problemləri, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, Xocalı soyqırımı haqqında faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində də addımlar atacaq.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti bu "qara piar" kampaniyasına qarşı cıxmalı və Oyunlara dəstək göstərməlidir. Bu baxımdan koalisiyanın yaradılmasını müsbət hal sayan R.Becanovun sözlərinə görə, ölkədə "Avropa Oyunları həftəliyi" keçirilməli, mətbuat bu mövzunu geniş işiqlandırmalıdır.
Birlik sədri əlavə edib ki, Oyunların keçirilməsi üçün tələb olunan məbləğ həddindən artıq şişirdilir, yazılan məlumatlara görə, bu oyunların keçirilməsinə guya milyard manatlarla vəsait xərclənib.
Oyunlarla bağlı Azərbaycana qarşı "qarayaxma kampaniyası" aparan beynəlxalq təşkilatların ölkəmizə qarşı həmişə ikili standartlar yürütdüynü söyləyən R.Becanovun sözlərinə görə, koalisiya öz fəaliyyətini dövlət qurumları, Avropa Oyunlarının Təşkilat Komitəsi, ictimaiyyət nümayəndələri, media, gənclər və digər sosial institutlarla əlaqəli şəkildə həyata keçirəcək. Koalisiya qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün bütün imkanlarını səfərbər edəcək.
Milli Məclisin deputatı Çingiz Qənizadə də ictimaiyyəti I Avropa Oyunları ilə bağlı aparılan "qara piar"a qarşı mübarizədə fəal olmağa çağırıb: "Nəzərə alaq ki, I Avropa Oyunları Azərbaycan hakimiyyətindən daha çox Azərbaycan dövlətinə lazımdır. Bütün dünyada siyasi hakimiyyət uğrunda mübarizə aparanlar hakimiyyətdə olanların uğurlu işlərini görmək istəmirlər. Qərbdən və Şərqdən maliyyələşən bəzi azərbaycanlılar da Oyunlara kölgə salmağa çalışırlar. Koalisiya isə həmin qüvvələrə bir zərbədir".
"APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, koalisiyaya daxil olan media qurumları diqqətlərini daha çox təbliğata yönəltməlidirlər: "İnsan haqları məsələsi önəmli məsələdir. O halda ki, orada qərəz olmasın. Bu çür qara kampaniyalara qarşı QHT və KİV-lərin strategiyası olmalıdır. Bu koalisiyanı dəstəkləyirəm".
Qeyd edək ki, tədbirin sonunda koalisiya bəyanat yayıb. Bəyanatda Azərbaycana qarşı "qara piar" pislənilib, ölkədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları və media qurumları koalisiya ilə əməkdaşlığa dəvət edilib, bu möhtəsəm tədbirin layiqincə keçirilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməməyə cağırılıb. Bəyanatda deyilir ki, koalisiyanın əsas məqsədi birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyin təmin edilməsindən ibarətdir. Bu məqsədlə tarixdə ilk dəfə keçiriləcək belə bir idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulub. Koalisiya konfranslar, simpoziumlar, sərgilər, yarışlardan əvvəl yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə forumlar təşkil edəcək, mediada və sosial şəbəkələrdə müvafiq təbliğat işi aparacaq.
Koalisiya öz fəaliyyətini dövlət qurumları, eləcə də Avropa Oyunlarının Təşkilat Komitəsi, ictimaiyyətin nümayəndələri, media, gənclər və digər sosial institutlarla əlaqəli şəkildə həyata keçirəcək, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün bütün imkanlarını səfərbər edəcək. Qeyd edək ki, A Quliyev və R.Qonaqov layihənin koordinatoru seçiliblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info