Transform Avropa Mükafatı ölkəmizə təqdim edildi
Tarix: 23.04.2015 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Bu gün Transform Avropa Mükafatı gənclər və idman naziri, “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimova təqdim edilib.
Mərasimdə çıxış edən A.Rəhimov qeyd edib ki, ilk Avropa Oyunlarının keçirilməsinə 50 gün qalmış dünyanın nüfuzlu təşkilatından gələn bu mükafat Azərbaycan üçün ən gözəl hədiyyədir.
A.Rəhimov hər kəsi mükafatın verilməsi münasibətilə təbrik edərək qeyd edib ki, bundan sonra da işlər sürətlə davam etdiriləcək: "Gəlin bizə verilən bu imkandan istifadə edək və tarixdə ən gözəl Oyunları biz keçirək".
”Bakı-2015” Avropa Oyunları və dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti London-Breveridə keçirilən mötəbər "2015 Transform Avropa Mükafatı"nın vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə birincilik qazanıb.
"Transform" mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrin təntənəli şəkildə qeyd olunmasıdır.
Azərbaycanın təbii gözəlliyindən ilhamlanan rəngarəng və valehedici “Bakı-2015” brendi Birinci Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlıqlarının üzərində əks olunur.
Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alır. Ağacın müxtəlif idman növlərinin göz oxşayan piktoqramlarla işlənən hissələri ölkənin irsinin və mədəniyyətinin tarixi simvollarıdır.
Brendin görünüşü, daha öncə “London-2012” Yay Olimpiya və Paralimpiya Oyunları üçün idman brendlərinin hazırlanmasını həyata keçirən məşhur “SomeOne” agentliyi ilə birgə əməkdaşlıq nəticəsində yaradılıb.
Oyunlara geri sayımın son mərhələdə olduğu müddətdə “Bakı-2015” brendi ev sahibi şəhərin müxtəlif küçələrində elan və reklam lövhələrində əks etdirilir, eləcə də Birinci Avropa Oyunlarının möhtəşəm məşəl və çırağının önəmli hissəsini formalaşdırır.
”Bakı-2015” brendi ilə www.baku2015.com saytında tanış olmaq mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info