Maydan avtobuslarda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılacaq
Tarix: 23.04.2015 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Bu il mayın sonunda Bakının 6 sərnişin avtobusunda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılacaq. "Bakı Sərnişin Nəqliyyatı" MMC-dən verilən məlumata görə, sistemin tətbiqi üzrə ilkin tədbirlər yekunlaşmaq prosesindədir. Ödənişli nəqliyyat kartlarının satışı mayın sonunda başlamalıdır.
Məlumatda deyilir: "Nağdsız ödəniş sisteminin tətbiqi üzrə iş prosesində Bakının mərkəzi hissəsində 29 marşrut xəttində işləyən iri tutumlu "Daewoo" markalı 515 avtobus müəyyənləşib. Həmin avtobuslarda elektron ödənişlərin həyata keçirilməsi üçün "Validator" tipli avadanlığın quraşdırılmasına başlanılıb. Hazırda sınaq mərhələsindən keçən 52 nömrəli marşrut üzrə işləyən 10 avtobusda müvafiq avadanlığın quraşdırılması artıq başa çatıb. Nağdsız ödəniş sistemi mayın sonuna 1, 6, 14, 25, 52 və 95 nömrəli avtobus marşrutlarında həyata keçiriləcək".
Həmçinin qeyd edilir ki, digər şəhərdaxili marşrutlarda avadanlığın quraşdırılması və onlara nağdsız ödəniş sisteminin tətbiqi cari ilin sonuna başa çatacaq: "Bu mərhələ yekunlaşdıqdan sonra şəhərətrafı marşrut xətlərində işləyən avtobuslarda zəruri avadanlığın quraşdırılması üzrə tədbirlər görüləcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info