“Əlaqələrimizin təməlində Azərbaycanda yaşayan çoxsaylı yəhudi icmasının mövcudluğu dayanır”
Tarix: 23.04.2015 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Bakıda İsrail dövlətinin müstəqillik günü qeyd olunub.
Dövlət və hökumət xadimlərinin, millət vəkillərinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın və İsrailin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirin rəsmi açılış mərasimində çıxış edən İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ölkəsinin 1948-ci ildə müstəqillik əldə etdiyini xatırladıb.
Səfir bildirib ki, ötən müddət ərzində İsrail dünyanın bir çox ölkələri ilə güclü əlaqələr qurub və bu baxımdan Azərbaycan İsrail üçün vacib tərəfdaş ölkədir: “İki ölkə arasında siyasi və iqtisadi, təhsil, enerji, turizm, telekommunikasiya sahələrində əlaqələr dərinləşir. Ölkələrimiz arasında münasibət səmimi dostluq və qarşılıqlı hörmət əsasında qurulub. Əlaqələrimizin təməlində Azərbaycanda yaşayan çoxsaylı yəhudi icmasının mövcudluğu dayanır. Bununla Azərbaycan tolerantlıq üzrə nümunə olduğunu nümayiş etdirir”.
Daha sonra çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailin Azərbaycanın müstəqilliyin tanıyan ilk dövlətlərdən olduğunu qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin əvvəllərində qurulub və o vaxtdan əlaqələr artan xətlə inkişaf edir: “Mütəmadi görüşlər və razılaşmalar əməkdaşlıq üçün geniş zəmin yaradır. Bu dostluq bundan sonra da inkişaf edəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info