ABŞ-da polis zorakılığına qarşı etiraz
Tarix: 23.04.2015 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


ABŞ-ın Baltimor şəhərində, minlərlə adam polis zorakılığı nəticəsində həyatını itirən 25 yaşındakı zənci gənc Freddie Gray üçün etiraz nümayişi təşkil edib. 3 min adamın qatıldığı etirazda "Zəncilərin həyatı əhəmiyyətlidir" və "Ədalət yox, barış yox" şüarları səslənib. Nümayişdə Freddie Grayın anası Gloria Dard və digər yaxınları da iştirak edib. Etirazçılar Baltimor Polis Təşkilatının Qərb Bölgəsi polis bölməsinə gedib, şam yandırıblar. Xatırladaq ki, aprelin 12-də Baltimorda zənci amerikalı Gray polis nəzarətinə alındıqdan yarım saat sonra xəstəxanaya yerləşdirilib. Bundan bir həftə sonra Gray xəstəxanada vəfat edib. Baltimor Təhlükəsizlik müdiri Anthoni Batts, Grayın ölümündən sonra verdiyi açıqlamada polisin nəzarətəalma mövzusundakı üsulların dəyişdirilməsi çağırışını edib. Baltimor Bələdiyyə başçısı Stephan Rawlings-Blake də Grayın ölməsinə səbəb olan hadisənin aydınlaşdırılması üçün araşdırma aparılması ilə bağlı söz verib. ABŞ Ədliyyə Nazirliyindən edilən şərhdə isə Grayın ölümündə, vətəndaşlıq haqqı pozuntusunun olub olmadığının ortaya çıxarılması üçün federal istintaq açıldığı bildirilib. Mayın 1-nə tamamlanması gözlənilən polis istintaqına aid sənədlərin əyalət prokurorlarına təqdim edilməsindən sonra, polislərə cəza iddiası açılıb açılmamasına qərar veriləcək. Qeyd edək ki, bu kimi hadisələrin ABŞ-da baş verməsi ilk deyil. Bu yaxınlarda ABŞ-ın Ferguson, Nyu-York, Klevelənd və North Çarleston şəhərlərində polis zorakılığı nəticəsində zənci vətəndaşların ölüm hadisələri olub. Digər tərəfdən Arizona əyalətində 8 apreldə də polis, izlədiyi şübhəlini zərərsizləşdirmək üçün maşını onun üzərinə sürmüşdü. Ölkədə son dövrdə polis zorakılığı nəticəsində ölənlərin hamısının zənci olması, irqçi müzakirələrin artmasına gətirib çıxarır. Bu hal da ABŞ ədliyyə sisteminin mühakiməsinə səbəb olur.
Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info