Tələbəmiz ölkəmizi İndoneziyada beynəlxalq konfransda təmsil edib
Tarix: 23.04.2015 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Yeni Asiya və Afrika Gənclər Təşkilatının Məsləhətçi Şurasına daxil edilib
20-22 Aprel tarixlərində İndoneziyanın Qərbi Yava əyalətinin paytaxtı Bandunq şəhərində Asiya-Afrika Konfransının 60 illiyinə həsr olunmuş “Yeni Asiya-Afrika Gənclər Konfransı 2015” Beynəlxalq Konfransı uğurla keçirilib. Konfransın əsas mövzusu “Dünya Gənclərinin Qlobal Çağırışlara və Təhdidlərə qarşı Mütəşəkkil Əməkdaşlığını Gücləndirmək” olub. İlk dəfə 1955-ci ildə İndoneziya Respublikasında keçirilmiş Bandunq konfransı dünya tarix dərsliklərinə müstəmləkəçilik siyasəti əleyhinə Asiya və Afrika ölkələrinin birliyə gəlməsi və neytrallıq, o cümlədən peyda olan yeni güclər məfhumlarını irəli sürmələri ilə yadda qalmışdı. Konfransın 60 illiyinə həsr edilmiş Asiya və Afrika Gənclərinin Beynəlxalq Forumunda Azərbaycanı İndoneziyanın dövlət təqaüdü ilə Beynəlxalq münasibətlər və siyasi elmlər üzrə magistr təhsili alan tələbəmiz və o cümlədən İndoneziyada diaspor fəalımız Elmar İskəndərov təmsil edib. Konfransda 50-yə yaxın ölkədən gənc diaspor fəalları iştirak ediblər. Elmar İskəndərov konfransla bağlı təəssüratlarını bizimlə bölüşüb: “Beynəlxalq konfransda İndoneziyanın yüksək vəzifəli dövlət məmurları, İndoneziya Respublikasının Gənclər və İdman naziri cənab İmam Nahravi, Bandunq şəhərinin icra başçısı cənab Ridvan Kamil, Qərbi Yava əyalətinin qubernatoru və digər nazirlik və dövlət qurumlarından nümayəndələr iştirak ediblər. Konfrans zamanı İndoneziya Respublikasının Gənclər və İdman naziri İmam Nahravi ilə görüşümdə İndoneziya dilində Azərbaycan və İndoneziya gənclərinin əməkdaşlığının yüksək səviyyədə olmasını və bundan sonra daha da inkişaf edəcəyinə əmin olduğunu vurğuladım və bu cənab nazir və digər dövlət qurumlarının nümayəndələri tərəfindən fərəhlə qarşılandı”. Bundan başqa təmsilçimiz İslam Əməkdaşlıq Konfransı Gənclər Təşkilatının İndoneziya üzrə prezidenti Tan Taufiq Lubis ilə Azərbaycan və İndoneziya Gəncləri arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün birgə səylərini daha da gücləndirməli olduqlarını vurğulayıblar.
Qeyd edək ki, konfrans zamanı bütün nümayəndələr tərəfindən qətnamə qəbul edilərək yeni təşkilatın əsası qoyulub. Təşkilata “Asia-Africa Youth Government”- Asiya və Afrika Gənclərinin Dövlət Qurumu Təşkilatı adı verilib. Qeyd olunan beynəlxalq konfransda təmsilçimiz Elmar İskəndərov da iştirak etdiyi üçün Azərbaycan da əsası yeni qoyulmuş təşkilatın məsləhətçi şurasına daxil edilib. Onu da bildirək ki, Asiya və Afrika Gənclərinin Dövlət Qurumu təşkilatının İcraedici Şurasında İndoneziya, Sinqapur, Malayziya, Banqladeş və Filippin yer alıb. Təşkilatın Məsləhətçi Şurasında isə Azərbaycanla yanaşı Tailand, Pakistan, Özbəkistan, Qətər, Misir, Bruney, Vyetnam, Əlcəzair, İordaniya, Sudan, Qvineya da yer alıb. Yeni təşkilatın gündəliyinə təmsil olunan ölkələrdə mövcud münaqişələrin həlli üçün də birgə müzakirələr aparıb, fəaliyyət planı hazırlamaq və digər fəaliyyətlər daxil edilib. Təşkilatın yeni konfranslarının hər il İndoneziyada və ya təmsilçi ölkələrdən birində keçirilməsi nəzərdə tutulub.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info