“Avstriya “soyqırımı”nı tanımaqla yanlış addım atdı”
Tarix: 23.04.2015 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


“Çanaqqala savaşında məqsəd Bosforun, Dardanelin, daha sonra neftlə zəngin ərazilərin ələ keçirilməsi idi. Tarixçilər bu döyüşdə türklərin və Qafqaz müsəlmanlarının iştirakını xüsusi araşdırmalıdırlar”.
Bunu Azərbaycan Dillər Universitetində Mir Mövsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı və deputat Musa Qasımlının “Erməni məsələsindən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” adlı ingilis dilində nəşr olunmuş kitablarının təqdimat mərasimində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə. Hüseynli bildirib ki, Azərbaycan türkləri və Şeyx Şamil hərəkatından sonra Türkiyəyə mühacirət etmiş xalqların nümayəndələri Çanaqqala savaşında döyüşüblər: “Bütün müsəlmanlar bu mücadiləyə qatılmasalar da, Osmanlı və Azərbaycan türkləri Çanaqqala savaşında birgə döyüşdülər. Sadə azərbaycanlılardan tutmuş milyonçulara qədər, hər kəs Çanaqqala savaşında Osmanlıya dəstək verdi. Osmanlı ordusu isə Azərbaycanda ermənilər tərəfindən törədilən soyqırımların qarşısının alınmasında Azərbaycan türklərinə yardım etdi”.
Ə. Hüseynli Avstriya parlamentinin qondarma erməni soyqırımını tanımasına da toxunub: “Bu, yanlış addımdır. Çünki o dövrdə Avstriya Almaniya və Osmanlı ilə birgə ittifaqda idi, əgər belə hadisə olsaydı, Avstriya da eyni dərəcədə məsuliyyət daşıyardı”.
Ə. Hüseynli Prezident İlham Əliyevin Çanaqqala zəfəri ilə bağlı söylədikləri fikirdən sonra “Çanaqqala 100: Qardaş köməyi” sənədli filminin hazırlanmasını təqdir edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info