BANM-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans
Tarix: 23.04.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Tələbələrin 3-cü elmi-texniki konfransı keçirilib. Konfransın plenar iclasında BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Plenar iclası giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsi olduğunu deyib. Rektor E.Qasımov bildirib ki, müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin ölkəmizin dünyanın siyasi və iqtisadi məkanında layiqli yer tutması istiqamətində hərtərəfli fəaliyyəti Azərbaycanın müasir tarixinə həkk olunub. Rektor müasir Azərbaycanın uğurlarının ulu öndər Heydər Əliyevin irəli sürdüyü və Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyası ilə bilavasitə bağlı olduğunu vurğulayaraq, bu strategiyanın ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən elm və təhsil sahələrində inkişafına güclü təkan verdiyini bildirib. Ali Məktəbdə tədrisin elmi fəaliyyətlə vəhdət təşkil etdiyini vurğulayan rektor tələbələrin konfranslarının keçirilməsinin onlara elmi araşdırmalar aparmaq, nəticələri təqdim etmək bacarıqlarını aşılamaq və onların arasında informasiya mübadiləsini təşkil etmək üçün əlverişli vasitə olduğunu qeyd edib.
Konfransda iştirak edən SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tələbələri konfransın açılışı münasibətilə təbrik edib və konfransın işində uğurlar arzulayıb.
Konfransın Təşkilat Komitəsinin sədrinin müavini, BANM-in Ali təhsildən sonrakı təhsil şöbəsinin (doktorantura) rəisi, professor Rəna Mustafayeva plenar və bölmə iclaslarının təşkili, tələbələrin məruzələrinin hər bölmədə fəaliyyət göstərəcək münsiflər tərəfindən qiymətləndirilməsi qaydaları haqqında məlumat verərək, SOCAR, ölkədə fəaliyyət göstərən və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edən 8 transmilli şirkət tərəfindən konfransda maraqlı məruzələri ilə fərqlənən tələbələr üçün hədiyyələr təsis edildiyini elan edib.
Sonra konfransın plenar iclasında tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib.
Konfrans öz işini bölmələrdə davam etdirib. Belə ki, “Neft-qaz və Kimya Mühəndisliyi” bölməsinin iclasında 25, “Fizika və riyaziyyat” bölməsinin iclasında 18 və “İnformasiya və Kommunikasiya Texnologiyaları” bölməsinin iclasında 7 məruzə dinlənilib və münsiflər tərəfindən qiymətləndirilib.
Təşkilat Komitəsi tərəfindən formalaşan münsiflər heyətinin üzvləri məruzələrin qiymətləndirilməsinin nəticələrinə əsasən ən maraqlı məruzələri təqdim etmiş iştirakçıları müəyyən edib.
Konfransın yekun iclasında fərqlənmiş tələbələrə BANM-in diplomları, SOCAR, BP, “Statoil”, “Total”, “Halliburton”, “Schlumberger”, “Emerson”, “ABB” və “Avandsis group” şirkətlərinin hədiyyələri təqdim olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Bu şəxslərə verilən pul təminatı artırılır - Parlament təsdiq etdi
27.06.2019
Yeni yaradılan kommersiya məhkəmələrinin səlahiyyətləri təsdiq olundu
27.06.2019
Köçkün qəsəbələrində yaşayanlar gender mövzusunda maarifləndiriliblər
27.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ikinci görüş keçirilib
27.06.2019
Azərbaycanda Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info