“Uydurma “1915-ci il erməni soyqırımından” Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri”
Tarix: 23.04.2015 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


“Uydurma “1915-ci il erməni soyqırımından” Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçilir. Yeni Azərbaycan Partiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, azərbaycanlı və türkiyəli tarixçi alimlər iştirak edirlər. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ermənilər artıq neçə illərdir “qondarma soyqırım” haqqında dünyaya yalan məlumatlar yayırlar. Bu məlumatlar heç bir tarixi sənədə əsaslanmır. Erməni yalanlarının yayılmasının qarşısının alınması və ifşa olunması üçün həm Azərbaycan, həm də Türkiyədə mühüm işlərin görüldüyü deyən M.Qurbanlı bu məsələdə ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlatdı. Bildirdi ki, martın 31-nin azərbaycanlıların soyqırımı günü elan olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycanlı alimlərin apardıqları araşdırmalar nəticəsində bütün dünyaya məlum oldu ki, guya “soyqırımı”na məruz qaldıqlarını iddia edən ermənilər əslində azərbaycanlılara qarşı ötən əsrdə dəfələrlə amansız soyqırımları törədiblər, xalqımızın əmlakını talan ediblər. Tədbirdə çıxış edən azərbaycanlı və Türkiyədən gələn alimlər, tarixçilər ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı siyasətindən və törətdikləri terror aktlarından danışıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
“Luxus-Plus” portalı Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
26.03.2019
ABŞ dövlət katibi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
26.03.2019
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info